“Aqrolizinq” mexanizatorlar üçün təlimlərə başlayır

İyulun 23-də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzindəmexanizatorlar üçün təlim keçiriləcək.

İyulun 23-də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzindəmexanizatorlar üçün təlim keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən "OLAYLAR"-a bildirilib ki,  təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir. Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq. Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan  səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar. Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımnında iştirak edə bilməyəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31