Cari ilin yanvar-iyun aylarında Azərbaycana 9588 ədəd avtomobil idxal olunub

Ölkəyə gətirilən avtomobillərin 60 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 978 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Statistik göstəricilərə əsasən 2017-ci il ərzində ölkəmizdə avtomobil nəqliyyatı ilə 144 milyon 854 min ton yük, 1 milyard 739 milyon 726 min nəfər sərnişin daşınıb.

"OLAYLAR" xəbər verir ki, ölkə üzrə bütün nəqliyyat növləri ilə daşınan yüklərin (boru nəqliyyatı da daxil olmaqla) təxminən 64%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşüb.

Narahatçılıq doğuran əsas məqamlardan biri də avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir. Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77, yük avtomobillərinin isə 81%-nin yaşı 10 ildən çoxdur. Bu baxımdan avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədilə NRYTN yanında DANX tərəfindən tədbirlər planı hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31