OPEC neftinin qiyməti 44,88 dollara yüksəlib

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft "zəmbili" 0,13 % artaraq bir barrel üçün 44,88 dollara çatıb. Trend bu barərə RİA Novosti-yə istinadən xəbər verir. May ayı ərzində neft dünya birjalarında orta hesabla bir barrel üçün 42,22 dollara, 2016-cı il ərzində isə - 33,41 dollara satılıb. 2015-ci ildə OPEC-in neft "zəmbili"in orta qiyməti 49,49 dollar, 2014-də - 96,29 dollar, 2013-də - 105,87 dollar, 2012-də - 109,45 dollar, 2011-də isə - 107,46 dollar təşkil edirdi. OPEC neft "zəmbilinin" rekordu 2008-ci ilin iyulunda qeydə alınıb - 140,73 dollar. "OPEC" neft "zəmbili" bu neft kartelinin olkələri tərəfindən satılan neft növlərinin orta qiyməti kimi müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31