ARDNF bugünkü hərracda 48,4 mln. dollar satıb
19 May 2016 12:24 İqtisadiyyatBu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan verilən məlumata görə, bu vəsaitdən 41,4 mln. dollar məbləğində vəsait 7 banka və 7 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31