Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaq sahələrinin monitorinqini aparacaq

Kənd Təsərrüfatı Nazirliyi ilin sonunadək ölkədə istifadə olunmayan torpaq sahələri ilə bağlı hesabatı baxılması üçün hökumətə təqdim edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib Onun sözlərinə görə, yerlərdə artıq kənd təsərrüfatı sənayesi üzrə idarələr yaradılır: "İdarələr istifadə olunmayan torpaq sahələrinin monitorinqini aparacaq və bu barədə nazirliyi məlumatlandıracaq". Nazir müavini qeyd edib ki, məqsəd bu torpaq sahələrinin təyinatı üzrə, yəni kənd təsərrüfatı istehsalı üçün istifadə edilməsindən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31