Nazir müavini: “Son 5 ildə məişət zorakılığı cinayətləri ciddi şəkildə azalıb”
18 May 2016 11:30 İqtisadiyyat"Son 5 ildə Azərbaycanda məişət zorakılığı zəminində törədilmiş cinayətlərin dinamikasında ciddi şəkildə azalma müşahidə olunub". Bunu Daxili İşlər Nazirinin müavini Oruc Zalov deyib. O bildirib ki, əgər 2011-ci ildə məişət zorakılığı zəminində ölkədə törədilmiş cinayətlərin sayı 2839 idisə, 2015-ci ildə bu rəqəm azalaraq 1283-ə enib. Nazir müavini qeyd edib ki, Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlər sayı 255-dir: "Bu isə istər Avropa, istər postsovet məkanındakı ölkələrlə müqayisədə olduqca yaxşı göstəricidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31