Azərbaycan-ABŞ hava nəqliyyatı sazişi ratifikasiya edildi

Milli Məclis Azərbaycanla ABŞ arasında hava nəqliyyatı sazişini ratifikasiya edib. "Olaylar" xəbər verir ki, parlamentin pelanr iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib. Sənəd barəsində məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, saziş tərəflərin avuiasiya şirkətlərinə öz ərazisi üzərindən yerə enmədən uçub keçmək, qeyri-kommersiya məqsədləri üçünq öz ərazisində dayanmaq hüquqları verir. Saziş ABŞ aviasiya şirkətləri üçün ABŞ-dan kənarda yerləşən məntəqələrdən, ABŞ-dan və aralıq məntəqələrindən keçməklə, Azərbaycanda yeoləşən hər hansı məntəqəyə və ya məntəqələrə,kənar məntəqələrə, habelə Azərbaycan ilə hər hansı məntəqə və ya məntəqələr arasında yük daşımaq hüququ verir. Saziş Azərbaycan aviasyia şirkətğləri üçün də Azərbaycandan kərnarda yerləşən məntəqələrdən, Azərbaycandan və aralıq məntəqələrindən keçməklə, ABŞ-da yerləşən hər hansı məntəqəyə və ya məntəqələr, kənar məntəqələr, habelə ABŞ ilə hər hansı məntəqə və ya məntəqələr arası arasında yük daşımaları hüququ verir. Bir istiqamətdə və ya gediş-gəliş əsasənda hər hansı tərəfin ərazisində başlayan beynəlxalq çarter daşımalarını yerinə yetirən tərəfin istənilən avsiasiya şirkəti öz ölkəminin və ya digər tərəfin çarter aqnunlarına, normalarına və qaydalarına riayət etmək seçiminə malik olacaq. Əgər bir tərəf özünün bir bir və ya bir neçə aviasiya şirkətinə şərtlər və məhdudiyyətlər tətbiq edərsə, digər tərəfin hər hansı aviasiya şirkətinə bu meyarlar əsasında ən az məhdudlaşdırıcı olan tətbiq edəcək. Millət vəkili Tahir Kərimli isə hesab edir ki, sənədəd kifayətə qədər diskriminasiya xaratkterli müddəala rolduğundan ya sənədə dəyişiklik edilməli, ya həmən müddəalar nəzərə alınmadan qəbul edilməli və yaxud da sənədin imzalanmasında imtina edilməlidir. Buna cavab olaraq vitse-spiker Ziyafət Əsgərov deyib ki, terrorçuluqla bağlı halların qarşısını almaq üçün Sazişdə məhdudlaşdırıcı müddəalar da nəzərdə tutulub. Millət vəkili Səyavuş Novruzov da bildir ki, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri var və biz hələ 2001-ci ildə terror hadisəsindən sonra antiterror koalisiyasına qoşulmuşuq. Bunun nəticəsi olaraq Azərbaycan ABŞ-a öz hava məkanından istifadə etməyə razılıq verib. Millət vəkili onu da əlavə etdi ki, bu sənəd iki ölkə arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcək: "O baxımdan sənəd ciddi önəm daşıyır. Biz bundan sonra iki ölkə arasında digər sənədlər də qəbul edilməlidir."

Sənəd səsvermədən sonra qəbul edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31