ARDNF bu gün 49 milyon ABŞ dolları satdı
17 May 2016 14:39 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, bu gün Fond tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 34 milyon ABŞ dolları məbləğində vəsait 8 banka və 15 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31