Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər
16 May 2016 15:15 İqtisadiyyatRusiyanın Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri bu gün Vyanada görüş zamanı Dağlıq Qarabağdakı, Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib. S.Ryabkov qeyd edib: "Bu gün əsas mövzu - Suriya və Dağlıq Qarabağ, eləcə də Ukrayna və ikitərəfli münasibətlərdir". Daha öncə S.Lavrov Vyanada S.Kerri ilə görüşmək niyyəti barədə bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31