Oyun aksesuarları şirkəti smartfon buraxa bilər

Oyun aksesuarlarının istehsalı ilə məşğul olan "Razer" şirkəti mobil işləmələr sahəsində mütəxəssis axtarışı barədə elan verib. İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə şirkətin icraçı direktoru Min Lyan Tan "Twitter" səhifəsində yazıb. Vakansiyanın təsvirində bildirilir ki, namizəd müasir ARM-sistem və komponentlər sahəsində biliklərə malik olmalı, həmçinin yeni mobil qurğu və planşetlərlə tanış olmalıdır. Ehtimal olunur ki, "Razer" ya smartfon və yaxud planşet, ya da portativ oyun qurğuları istehsalına hazırlaşır. Hazırda şirkət noutbuk və oyun aksesuarlarından başqa, fitnes-qolbaqlar və smart-saatlar buraxır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31