Fazil Məmmədov: “Sahibkarlar vergi ödəməkdən yayınır”
10 May 2016 15:13 İqtisadiyyat"Azərbaycanda bəzi sahibkarlar vergi ödəməkdən yayınırlar. SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın vergilər naziri Fazil Məmmədov deyib. Nazirin sözlərinə görə bu, bütün sahələrdə müşahidə olunur: "Yoxlamaların sayı azalsa da, vergi orqanları yoxlamaları davam etdirir. Vergidən yayınma halları bütün sahələrdə hiss olunur. Bu, həm supermarket şəbəkələrində, həm alkoqollu məhsul satışında var". F.Məmmədov əlavə edib ki, gələcəkdə nazirlik əksər məhsullar üzrə nəğdsiz ödəniş sisteminin tətbiqini planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31