ARDNF Mərkəzi Banka 20 mln., 12 banka isə 27,8 mln. dollar satıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan  verilən məlumata görə, bu vəsaitdən 27,8 milyon ABŞ dolları məbləğində vəsait 12 banka və 20 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31