İdman

Rəsul Çunayev: "Olimpiadaya qızıl medal üçün gəlmişdim"- AÇIQLAMA

17 Avqust 2016 12:19

"Mən Olimpiadaya qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım".SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında bildirib.

Lorenzo Sotomoyar yarımfinalda erməni boksçuya qarşı

17 Avqust 2016 12:13

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb.

Azərbaycan Yay Olimpiya Oyunlarında 7 idman növündə medal qazanıb

16 Avqust 2016 18:33

Azərbaycan Yay Olimpiya Oyunlarında yeni idman növündə medal qazanıb. 

Felps karyerasını başa vurdu

16 Avqust 2016 18:24

ABŞ üzgüçüsü Maykl Felps peşəkar idmançı karyerasını başa vurduğunu açıqlayıb.

"Qalatasaray" yarımmüdafiəçisini satdı

16 Avqust 2016 17:36

"Galatasaray" Blerim Dzemaili ilə yollarını ayırır. Goal.az xəbər verir ki, isveçrəli futbolçu 1.3 milyon avro qarşılığında "Bologna" klubuna satıb. Dzemaili ötən növsüm də italyan klubunda icarədə oynamışdı. Onun 2.1 milyon avro məvacibininin 1.6 milyon avrosunu "sarı qırmızılar" ödəmişdi. AVRO-2016-dan sonra klubu tərk etmək istəyən yarımmüdafiəçi "Galatasaray" rəhbərliyi ilə də görüşmüşdü. 

Çunayev qələbə ilə başladı

16 Avqust 2016 17:18

Milli.Az bildirir ki, Rio-2016-da mübarizəyə başlayan Rəsul Çunayev ilk döyüşünü qələbə ilə bitirib.

FİFA-nın keçmiş prezidenti öldü

16 Avqust 2016 17:13

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti, bu quruma 1974-cü ildən 1998-ci ilədək rəhbərlik edən braziliyalı Joao Avelanj Rio-de-Janeyroda 100 yaşında dünyasını dəyişib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölümün dəqiq səbəbi məlum olmasa da, bundan əvvəl ağır pnevmaniyadan xəstəxanaya yerləşdirilən Avelanj özünü yaxşı hiss etdiyindən buraxılmışdı.

Əfsanə idman növünü dəyişdi

16 Avqust 2016 17:10

Əfsanəvi amerikalı üzgüçü Maykl Felps karyerasına rəsmən son qoyduğunu açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 23 qat Olimpiya çempionu özü məlumat verib. 

Azərbaycan Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb

16 Avqust 2016 17:06

Bu gün Rio Olimpiadasında kayak yarışlarında final yarışları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya da həlledici mərhələdə mükafatlar uğrunda mübarizə aparıb.

Tarixdə görünməmiş üsuldan istifadə etdi Olimpiya çempionu oldu

16 Avqust 2016 14:57

Rio-2016 Yay Olimpiya Oyunlarında daha bir maraqlı hadisə yaşanıb. SİA-nın məlumatına görə, Rio-de-Janeyronun Olimpiya Stadionunda keçirilən atletikanın qadınlar arasında 400 metrə qaçış yarışlarında bahamalı Şaunae Miller qızıl medalı tarixdə görünməmiş üsuldan istifadə edərək qazanıb. Belə ki, idmançı finiş xəttinə az qalmış rəqiblərini qabaqlamaq üçün qarşı tərəfə uzanaraq tullanıb və finiş xəttini birinci keçib. Sözügedən atlet 49.44 nəticə ilə birinci olub. İkinci yerə ABŞ idmançısı Ellison Feliks (49.51), üçüncü yerə yamaykalı Şerika Cekson (49.85) çıxıb.

"Arsenal" Mustafinin qiymətini razılaşdıra bilmir

16 Avqust 2016 14:56

"Arsenal" Şkodran Mustafinin transferi məsələsində "Valencia" ilə razılığa gələ bilmir.

"Rio-2016"da çaxnaşma: idmançılar köçürüldülər

16 Avqust 2016 14:48

Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda yanğın baş verib.

Rio-2016: Almaniyalı məşqçi öldü

16 Avqust 2016 12:30

Yay Olimpiya Oyunlarının keçirildiyi Braziliyada ölüm hadisəsi baş verib.