"Bu pullar mənə məxsus deyil"
Arsen Venqer klubun transfer siyasəti haqqında fikir bildirib.
18 Avqust 2016 18:23 İdmanArsen Venqer klubun transfer siyasəti haqqında fikir bildirib.
Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Liverpool"la matçda zədələnən Remsi və İvobi haqqında məlumat da verib.
"Liverpool"la oyundan sonra azarkeşlərin reaksiyasına təəccüblənmədim. Yeni transferlərə pul xərcləməyə hazırıq. Yəni, əlimizdə olan vəsaitləri sərf etməyi düşünürük. Bu pullar mənə məxsus deyil. Lazımi oyunçular tapmaq çox çətindir. İngiltərədə mərkəz müdafiəçisinə çox pul sərf edib yanılan klublar olur".
"Remsi qarşıdakı 2-3 həftəni buraxmalı olacaq. İvobi də, təxminən bu müddətdə "Arsenal"a kömək etməyəcək. Onun sentyabrın 10-dan sonra meydana qayıdacağı gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31