Yuliya Ratkeviç: "Niyə uduzduğumu anlaya bilmirəm"

“Mən bu rəqibə 8:0 hesabı ilə qalib gəlmişdim. Bu dəfə isə təslim oldum. Necə ola bilər ki, əvvəlcə udasan, sonra uduzasan? Necə ola bilər ki, qələbəni rəqibə hədiyyə edəsən?” SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarında bürünc medal şansını son saniyələrdə əldən verən Azərbaycanın qadın güləşçisi Yuliya Ratkeviç (58 kq) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.

"Mən bu rəqibə 8:0 hesabı ilə qalib gəlmişdim. Bu dəfə isə təslim oldum. Necə ola bilər ki, əvvəlcə udasan, sonra uduzasan? Necə ola bilər ki, qələbəni rəqibə hədiyyə edəsən?" SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medal şansını son saniyələrdə əldən verən Azərbaycanın qadın güləşçisi Yuliya Ratkeviç (58 kq) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.

Göz yaşlarını saxlaya bilməyən Ratkeviç son təsəlliverici görüşdə tunisli Marva Amriyə məğlubiyyətinin səbəbini hələ də anlamadığını açıqlayıb: "Görüşün sonlarında bilmirəm ki, başqa nə etməli idim. Hərəkət etmək lazım idi, edirdim. Hücum lazım idi, edirdim. Niyə uduzduğumu anlaya bilmirəm. Görünür, hesab hələ 3:0 mənim xeyrimə olduğu vaxt hücum etməli, daha 2 xal götürməli idim. O zaman hər şey gözəl olacaqdı. Belə məğlubiyyət baş verməyəcəkdi".

Qeyd edək ki, Yuliya Ratkeviç 3:0 hesabı ilə öndə olduğu görüşün sonlarında rəqibinə ardıcıl xallar verərək uduzub (3:6).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31