Təmsilçimiz Olimpiadanın gümüş medalını qazandı

Azərbaycan kanoeçisi Valentin Demyanenko “Rio-2016” Yay Olimpiya Oyunlarında birnəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşündə iştirak edib. SİA-nın məlumatına görə, onun rəqibləri çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çeban olub.

Azərbaycan kanoeçisi Valentin Demyanenko "Rio-2016" Yay Olimpiya Oyunlarında birnəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşündə iştirak edib. SİA-nın məlumatına görə, onun rəqibləri çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çeban olub.

İdmançımız cüzi fərqlə qızıl medalı əldən verib. V.Demyanenko olimpiadanın gümüş medalını qazanıb. O, məsafəni 39.493 saniyəyə qət edib. Birinci yerdə isə Yuri Çeban qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31