Qurban Qurbanov: "Artıq ikinci oyundur ki, belə halla rastlaşırıq"
Dünən "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə İsveçin "Göteborq" komandasına 0:1 hesabıyla məğlub olub.
19 Avqust 2016 13:59 İdmanDünən "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçında səfərdə İsveçin "Göteborq" komandasına 0:1 hesabıyla məğlub olub.
Goal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
"Artıq ikinci oyundur ki, belə halla rastlaşırıq. Qapımıza iki zərbə olur və hər ikisi qolla nəticələnir. Bakıdakı oyunda daha çox güc sərf etməliyik və rəqibimizin müdafiəsini yarmaqdan ötrü nə isə fikirləşəcəyik. Şanslar əlli-əlliyədir. Cavab matçında azarkeşlərimizin möhtəşəm dəstəyi ilə uğurlu nəticə əldə etmək istəyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31