Patimat Abakarova: "Tribunalarda komandamızı dəstəkləyəcəm"

“İlk döyüşüm alınmadı. Məğlub olduğum görüşdən sonra ruhdan düşmədim. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etməyimi gözlədim. Onun finala çıxmasını çox istəyirdim. Onda bürünc medal qazanmaq şansım yaranacaqdı. İndi əlimdə Olimpiya Oyunlarının bürünc medalını tutduğuma görə şadam". SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, azərbaycanlı qadın taekvondoçu Patimat Abakarova Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.

"İlk döyüşüm alınmadı. Məğlub olduğum görüşdən sonra ruhdan düşmədim. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etməyimi gözlədim. Onun finala çıxmasını çox istəyirdim. Onda bürünc medal qazanmaq şansım yaranacaqdı. İndi əlimdə Olimpiya Oyunlarının bürünc medalını tutduğuma görə şadam". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, azərbaycanlı qadın taekvondoçu Patimat Abakarova Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.

O, bürünc medal uğrunda döyüşdə bütün gücünü sərf etdiyini qeyd edib: "Döyüş çox çətin keçmədi, sadəcə, ortada Olimpiya medalı olduğundan təzyiq hiss edirdim. Mübarizəni davam etdirən idmançılarımıza uğurlar arzulayıram. Tribunalarda komandamızı dəstəkləyəcəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31