İdman
Rio-2016-da ölən məşqçi dörd nəfərə həyat verdi
Rio-2016 Olimpiya Oyunları zamanı həlak olan avarçəkmə üzrə Almaniya Olimpiya komandasının məşqçisi Ştefan Hentse dörd nəfər üçün orqan donoru olub.
Rio-2016: Bu gün 5 idmançımız mübarizəyə qoşulur
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarının 13-cü günündə 5 idmançımız mübarizəyə qoşulacaq.
Patimat Abakarova: "Tribunalarda komandamızı dəstəkləyəcəm"
“İlk döyüşüm alınmadı. Məğlub olduğum görüşdən sonra ruhdan düşmədim. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etməyimi gözlədim. Onun finala çıxmasını çox istəyirdim. Onda bürünc medal qazanmaq şansım yaranacaqdı. İndi əlimdə Olimpiya Oyunlarının bürünc medalını tutduğuma görə şadam". SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, azərbaycanlı qadın taekvondoçu Patimat Abakarova Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.
Yuliya Ratkeviç: "Niyə uduzduğumu anlaya bilmirəm"
“Mən bu rəqibə 8:0 hesabı ilə qalib gəlmişdim. Bu dəfə isə təslim oldum. Necə ola bilər ki, əvvəlcə udasan, sonra uduzasan? Necə ola bilər ki, qələbəni rəqibə hədiyyə edəsən?” SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarında bürünc medal şansını son saniyələrdə əldən verən Azərbaycanın qadın güləşçisi Yuliya Ratkeviç (58 kq) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.
Azərbaycan Olimpiya Oyunlarında rekordunu yeniləyib
Azərbaycan müstəqillik qazandıqdan sonra təmsil olunduğu Yay Olimpiya Oyunlarında mütləq rekord müəyyənləşdirib.
"Rio-2016": Azərbaycan tarixdə ilk dəfə taekvondoda olimpiya medalı qazanıb -
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova bürünc medal uğrunda həlledici görüşə çıxıb.
Mariya Stadnik "Rio-2016"ya qələbə ilə başlayıb
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik mübarizəyə başlayıb.
Hayle İbrahimov "Rio-2016"da mübarizəni dayandırıb
Rio Olimpiadasında daha bir təmsilçimiz mübarizəni dayandırıb. SİA-nın məlumatına görə, yüngül atletimiz Hayle İbrahimov 5000 metr mesafəyə yarışlarda özünü sınayıb. Hayle ilk beşliyə düşəcəyi təqdirdə mübarizəni davam etdirə bilərdi. Təmsilçimiz bu məsafəni 13 dəqiqə 27 saniyəyə qət etməklə 7-ci olub. Bununla da, H.İbrahimov mübarizəni dayandırıb.
Yığmamız “Rio-2016”da komanda hesabında 3-cü olub
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Yarışların ilk üç günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, 5 güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 2 bürünc medalla başa vurub. Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) fərqləniblər. Rövşən Bayramov isə Olimpiadanı beşinci sırada tamamlayıb.
Azərbaycanın qadın kayakçısı "Rio-2016"da yarımfinala yüksəlib
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşə başlayıb.
Rio-2016: İdmançımız 1/8 finalı adlaya bilmədi
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib. Apasport.az-a istinadən bildirir ki, ilk yarış günündə 2 çəki dərəcəsində mükafatçıların adına aydınlıq gələcək.
Robert Prosineçki: "Gənc oyunçuların axtarışını davam etdirəcəyik"
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AFFA-nın rəsmi saytına açıqlama verib. SİA-nın məlumatına görə, o, Ramil Şeydayevlə Emin Mahmudovun milli komandamızda çıxış etmək perspektivi barədə fikirlərini bildirib: “Həm Ramil Şeydayevin, həm də Emin Mahmudovun oyunlarını izləmişəm. Hər iki futbolçunun milli komandaya fayda verəcəyini düşünürəm. Onların gələcək karyeraları özlərindən asılıdır. Ümidvaram ki, ikisi də yeni komandalarında əsas heyətdə oynayaraq yaxşı nəticələr əldə edəcəklər.
Rio-2016: Azərbaycan kanoeçisi olimpiadada yarımfinala yüksəlib
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kanoeçi Valentin Demyanenko mübarizəyə başlayıb.
Türk idmançı Rioda bayrağımızı qaldırdı - VİDEO
Azvision.az xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən Yay Olimpiya Oyunlarında Türkiyəni təmsil edən güləşçi Cenk İldem olimpiadanın bürünc medalçısı olub.
Gürcüstanlı idmançı "Rio-2016"da dünya rekorduna imza atıb
Gürcüstanlı idmançı Laşa Talaxadze Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında rekorda imza atıb.














