Azərbaycanın bədii gimnastı "Rio-2016"da mübarizəyə başlayıb

Azərbaycan bədii gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük üzrə təsnifat mərhələsində ikinci çıxışını edib. 

Azərbaycan bədii gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük üzrə təsnifat mərhələsində ikinci çıxışını edib. 

"Report"un məlumatına görə, Durunda topla hərəkətdə hakimlərdən 17,466 bal alıb. Hazırda o, 3-cü pillədə qərarlaşıb.

***

Azərbaycanın bədii gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 

"Report"un məlumatına görə, Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılıb. O, ilk olaraq həlqə ilə çıxış edib. Xalçaya 3-cü çıxan gimnast hakimlərdən 17,466 xal alıb. Marina Durunda hələlik 4 idmançı arasında 3-cüdür.

26 idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda finalçılar müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31