Azərbaycan güləşçisi Cəbrayıl Həsənov 1/4 final mərhələsinə yüksəlib
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov ilk görüşünü keçirib.
19 Avqust 2016 18:21 İdmanAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun 1/8 finaldakı rəqibi kolumbiyalı Karlos Arturo İzkueyrdo Mendes olub.
O, cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə vaxtından əvvəl qələbə qazanıb - 10:0.
1/4 finalda Azərbaycan güləşçisinin rəqibi gürcüstanlı Yakob Makaraşvili olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31