Taekvondoçu Fəridə Əzizova "Rio-2016"da ilk görüşünü qalib başa vurub

 Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova ilk görüşünə çıxıb. 

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova ilk görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən F.Əzizova 1/8 finalda ABŞ-dan olan Peyc Makfersonla üz-üzə gəlib.

İlk hissədə 21 yaşlı idmançı hesabı açsa da, rəqibi 3 xalla önə keçib. İkinci hissədə tərəflər hərəyə 1 xal qazanıblar. Son hissədə isə daha fəal təsir bağışlayan F.Əzizova rəqibinə 6:5 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31