Marina Durunda Rio-2016-da çıxışını başa vurdu - YENİLƏNİB - VİDEO

Azərbaycan idmançısı Marina Durunda Rio-2016-da bədii gimnastika yarışlarının finalında sonuncu hərəkəti yerinə yetirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, lentlə hərəkətlər üzrə 4-cü tapşırığı yerinə yetirən təmsilçimiz hakimlərdən 17.541 xal alıb.

Beləliklə, Olimpiadada debüt edərək finala yüksələn gimnastımız çıxışını başa vurub.

20.08.2016

23:57

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda finalda üçüncü tapşırığı yerinə yetirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, idmançımız gürzlərlə hərəkətlərə görə 17.716 xal qazanıb.

23:23

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda ikinci tapşırığı yerinə yetirib.
 
Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastımız topla hərəkətlərə görə də 17.541 xal qazanıb.

* * * 

Azərbaycan idmançısı Marina Durunda Rio-2016 Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə çoxnövçülük yarışlarında mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, təmsilçimiz ilk çıxışında halqa ilə hərəkətləri yerinə yetirib. M.Durunda bu hərəkətlərə görə hakimlərdən 16.950 xal alıb.

Ümumilikdə, gimnastımız gürz, lent və topla hərəkətləri də yerinə yetirməlidir.

---------

22:49

Bu gün Rio-2016-da bədii gimnastika yarışlarının final mərhələsi keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanı Braziliyada təmsil edən Marina Durunda da medallar uğrunda mübarizə aparacaq.
 
Avropa Oyunlarının gümüş mükafatçısının rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina ilə Melitina Staiouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqar Neviana Vladinova olacaq.
 
Halqa, top, gürz və lentlə hərəkətlərdə məharətini göstərəcək idmançımız ilk çıxışnı edib. O, halqa ilə hərəkətlərdə 16,950 xal toplayıb.
 
Qeyd edək ki, Durunda çoxnövçülük yarışının təsnifat mərhələsində 70,348 xal toplayaraq, finala 8-ci yerin sahibi kimi yüksəlib.

-----------------

20.08.2016

00:52

Azərbaycanı Rio-2016 Olimpiya Oyunlarında bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda bədii gimnastika üzrə yarışlarda (fərdi çoxnövçülük) finala yüksəldi. 

Milli.Az Trend-ə istinadən bildirir ki, təmsilçimiz halqa ilə hərəkətləri yerinə yetirərək 17.466 xal, topla hərəkətlərə görə 17.466 xal, gürzlərlə hərəkətlərə görə 17.683 xal, lentlə hərəkətlərə görə 17.733 xal qazanıb və finala yüksəlib. 

Final şənbə günü keçiriləcək.

-----------------

19.08.2016

23:43

Azərbaycan idmançısı Marina Durunda Rio-2016-da bədii gimnastika üzrə təsnifat yarışlarında çıxışını başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, lentlə hərəkətlər üzrə 4-cü tapşırığı yerinə yetirən təmsilçimiz hakimlərdən 17.733 xal alıb.

---------

22:14

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda üçüncü tapşırığı yerinə yetirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastımız gürzlər ilə hərəkətlərə görə də 17.683 xal qazanıb.

---------

19:16

Azərbaycanı Rio-2016-da bədii gimnastika yarışlarında təmsil edən Marina Durunda ikinci tapşırığı yerinə yetirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastımız topla hərəkətlərə görə də 17.466 xal qazanıb.

----------

17:57

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışların 14-cü günündə Azərbaycanın bədii gimnastı Marina Durunda çoxnövçülükdə mübarizəyə qoşulub.

Təmsilçimiz ilk çıxında halqa ilə hərəkətləri yerinə yetirib.

Ümumilikdə gimnastımız finala vəsiqə qazanmaq üçün gürz, lent və topla hərəkətləri də yerinə yetirməlidir.

26 idmançıdan 8-i 4 hərəkətin yekununda finala yüksələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31