Lorenso Sotomayor: "Hakimlər mənə haqsızlıq etdilər"

"Hakimlər mənə haqsızlıq etdilər. Mən çempion idim. Hər 3 raundda rəqibi döysəm də, bacardığım qədər döyüşsəm də, qərar mənim əleyhimə oldu". SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında "Rio-2016" Yay Olimpiya Oyunlarının boks yarışlarının gümüş mükafatçısı Lorenso Sotomayor deyib. O bildirib ki, həlledici görüşdə - özbəkistanlı Fazliddin Qaibnazarovla qarşılşamda ədalətsizliklə üzləşib: "Sonuncu raundda əmin idim ki, qalib gəlmişəm. Amma hakimlər mənə qarşı haqsızlıq etdilər. Qızıl medal qazanmaq istəyirdim. Həqiqətən də hakimlər mənə qarşı ədalətsizlik etdilər".

Azərbaycanı çox sevdiyini deyən kubalı legioner fikirlərini "Bu ölkə mənim evimdir" sözləri ilə yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31