Xetaq Qazyumov: "Çıxışımdan çox pis olmuşam" - AÇIQLAMA
22 Avqust 2016 10:02 İdman"Çıxışımdan çox pis olmuşam. Qızıl medal qazanmaq istəyirdim, lakin alınmadı. Nə etmək olar, rəqib bu gün məndən güclü oldu". SİA-nın məlumatına görə, bunu XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Xetaq Qazyumov "İdman" qəzetinin redaktoru Qabil Mehdiyevlə söhbəti zamanı deyib.
Ardıcıl iki Olimpiya bürüncündən sonra gümüş medal qazanmağı dəyərləndirən idmançı bunun daha pis nəticə olduğunu bildirib: "Bu daha da pisdir. Çünki bürünc medalı qazanırsan, amma gümüşü "qızıl"ı uduzaraq alırsan".
O, həmçinin Toğrul Əsgərovun çıxışı ilə bağlı da fikirlərini bildirib: "Mən buna fikir verməməyə, ümumiyyətlə qarşılaşmaya baxmamağa, həyəcanlanmamağa çalışdım. Yəni ki, onun məğlub olması mənim görüşümə təsir göstərmədi".
Güləşçi karyerasını davam etdirməklə bağlı suala "bunu gələcək göstərəcək",- deyə cavab verib.