Poqba: "Bizim yerimiz Çempionlar Liqasıdır"
"Mançester Yunayted"in yeni transferi Pol Poqba cəza səbəbindən debütünü Premyer Liqanın 2-ci turunda edəcək.
18 Avqust 2016 15:04 İdman"Mançester Yunayted"in yeni transferi Pol Poqba cəza səbəbindən debütünü Premyer Liqanın 2-ci turunda edəcək.
Goal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi bunları deyib:
"Debüt barədə məşqçidən soruşun. Özümü yaxşı hiss edirəm. Burada olduğum 10 gün ərzində də, istirahətdə olduğum müddətdə də məşq etmişəm. Futbol oynadığıma görə xoşbəxtəm. Mənə görə nə qədər pul ödənilməsi maraqlı deyil. Premyer Liqada qalib gəlmək istəyirəm. Məqsədim ən yaxşı olmaqdır. Çempionlar Liqasına da qayıtmaq istəyirik. Bizim yerimiz oradadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31