İdman
Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq
"Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə çıxış edəcək. "Qırmızı-qaralar" Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qüvvəsini sınayacaq. Mayın 26-dan iyunun 2-dək keçiriləcək yarış Tbilisi "Dinamo"sunun akademiyasının meydançasında baş tutacaq.
"Yuventus" hücumçusu ilə müqavilə yenilədi
Xorvatiyalı hücumçu Mario Mancukiç "Yuventus"la yeni müqavilə imzalayıb. "Qoca sinyora" ilə xorvatiyalı futbolçu arasındakı yeni müqavilə 2020-ci ilin yayınadək nəzərdə tutulub. Xorvatiya millisinin üzvü son mövsümdə şans qazandığı 47 oyunda 10 qola imza atıb.
"Barselona"nın sabiq prezidenti həbs olundu
"Barselona"nın sabiq prezidenti Sandro Rosel hakim qarşısına çıxıb. Məhkəmə futbol funksionerinin həbsinə qərar verib. Çirkli pulların yuyulmasında təqsirləndirilən Rosellin məhkəməsində vəkili onun cəzasının pul cəriməsi ilə əvəzlənməsini tələb edib. Lakin Madriddəki Beynəlxalq Məhkəmədə hakim Karmen Lamela iş adamının həbsinə qərar verilib və o, həbsxanaya aparılıb. 53 yaşlı biznesmen Braziliya yığmasının teleyayım hüququndan pul mənimsəməkdə və 15 milyon avronu saxta şirkətlər tərəfindən yumaqda günahlandırılıb.
Millət vəkili: “Bakı-2017”də qazanılan uğurlar Azərbaycan idmançılarının tarixi qələbəsidir”
"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə və yeni standartlar tətbiq edərək keçirməklə növbəti dəfə öz gücünü, təşkilatçılıq bacarığını nümayiş etdirdi. Ölkəmiz bununla həm öznünün müasir tarixinə, həm də İslam Həmrəyliyi Oyunlarının tarixinə növbəti parlaq səhifəni yazdı". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.
"Torino"nun ehtiyat qapıçısı "İnter"ə keçir
"Torino"nun ehtiyat qapıçısı Daniele Padelli Milan klubuna keçir. Klub prezidenti Urbano Kayro onun üçün "İnter"dən gələn təklifi qəbul etdiklərini açıqlayıb. 31 yaşlı qapıçı "nerazzurri"də Samir Handanoviçin əvəzləyicisi olacaq. Ötən mövsüm Turin klubunda əsas heyət mübarizəsində Co Harta uduzan italiyalı qapıçı 2 çempionat matçında meydana çıxmışdı.
"Rəqib çempionluğu gözəl futbolla qazanmadı"
Final oyunu isə etiraf edək ki, çox sıxıcı oldu. "Mançester Yunayted" ancaq uzun ötürmələrlə oynadı və risq etmədi. Bunu "Ajax"ın baş məşqçisi Peter Bos komandasının Avropa Liqasının finalında "Mançester Yunayted"ə 0:2 hesablı məğlubiyyətindən danışarkən deyib: "Bu kiçik uşaqlar final oynamağa alışmayıblar.
Ronaldunun işi ilə bağlı sənədlər prokurorluğa göndərildi
Bir sıra ulduz futbolçular kimi Kriştianu Ronaldu da vergidən yayınmaqda ittiham olunur. İspaniya Vergi komitəsi portuqaliyalı hücumçunun işi ilə bağlı sənədləri Madrid prokurorluğuna təqdim edib. Ronaldu 2011-14-cü illərdə imic hüquqlarından əldə etdiyi gəliri vergi orqanına tam açıqlamaqda şübhəli bilinir.
Ndlovu milliyə çağrılmadı
Cənubi Afrika Respublikası (CAR) yığmasının yeni baş məşqçisi Stüart Bakster səfərdə Nigeriya ilə keçirəcəkləri 2019-cu il Afrika Millətlər Kubokunun seçmə oyunu üçün heyəti açıqlayıb.
Totti karyerasını davam etdirə bilər
"Roma"nın kapitanı Françesko Totti karyerasını davam etdirə bilər. "La Gazzetta dello Sport" ona A Seriyasının bir klubundan təklif gəldiyini yazıb. Veteran hücumçunun İtaliyada başqa kluba gedəcəyi inandırıcı deyil. "Roma" rəhbərliyi onun karyerasını "Genoa" ilə oyundan sonra başa vuracağını və klubun strukturunda fəaliyyətə başlayacağını bildirmişdi.
İsko mükafatlandırıldı
"Real Madrid" azarkeşləri 2016/17 mövsümündə komandanın ən yaxşı futbolçusunu seçib. Bu mükafata İsko layiq görülüb. Mövsümün gedişində ehtiyat skamyadan yaxa qurtarıb əsas heyət futbolçusuna çevrilən İskonun çalışqanlığı azarkeşlərin də nəzərindən qaçmayıb. Ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirən İsko 11 qol, 9 məhsuldar ötürmənin müəllifi olmuşdu.
"Roma" "Beşiktaş"dan 2 futbolçu almaq istəyir
"Roma" "Beşiktaş"ın iki futbolçusunun xidmətində maraqlıdır. "Canavarlar"ın Oğuzhan Özyakup və Tolqay Arslanı transfer etmək istəyirlər. Hər iki futbolçunun "Beşiktaş"la müqavilə müddəti 2018-ci ilin yayında bitəcək.
"Milan" qapıçısını satdı
İspaniyanın "Espanyol" klubu "Milan"ın qapıçısı Dieqol Lopesi birdəfəlik alıb. 35 yaşlı qolkiperlə 2020-ci ilə qədər müqavilə imzalanıb.
"Bavariya" ulduz futbolçu ilə danışıqlar aparır
"Bavariya" Aleksis Sançezə maraq göstərməkdə davam edir. Münhen klubu ona 13 milyon avro məvacib verməyə hazırdır.
""Barselona" "Real"ı udmaq üçün bizə rüşvət verdi"
İspaniya La Liqasının sonuncu turu haqda söz-söhbətlər səngimək bilmir. Katoloniya mətbuatı "Malaqa"nın "Real"a bilərəkdən məğlub olduğunu iddia edir. Ancaq "Malaqa"nın prezidenti Əl Thaninin verdiyi açıqlama hər kəsi şoka salıb.
"Avtobusa minəndə qorxuram"
"Borussiya"nın yaponiyalı futbolçusu Şinji Kaqava maraqlı açıqlaması ilə diqqət çəkib. 28 yaşlı yarımmüdafiəçi avtobusa minməkdən qorxduğunu bildirib.














