İdman
Almaniya millisində itki
"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etməyəcək. Almaniya millisinin üzvü yayda əməliyyat olunacaq: "Tibbi personalla məsləhətləşəndən sonra qərara aldım ki, yeni mövsümdə daha sağlam olmaq üçün əməliyyat keçirim".
Yığmamız Avropa çempionatının hazırlığına başlayır
Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb. Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək. Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.
"Trabzonspor" "Qəbələ"yə futbolçu verir - İcarə haqqı almadan
Türkiyənin "Trabzonspor" futbol klubu Azərbaycanın "Qəbələ" komandasına icarə haqqı almadan oyunçu verəcək. "Qəbələ"nin "Trabzonspor"un futbolçusu Luis İbanesi transfer etmək istədiyi iddia edilir. 28 yaşlı argentinalı oyunçunun qəbul edəcəyi təqdirdə, Türkiyə klubunun bir illik icarə haqqı almadan L.İbanesi Azərbaycana göndərəcəyi bildirilir.
"Qarabağ"a çatışmayan çempionluq
Ardıcıl çempionluq sayında Avropa rekordçularının siyahısı açıqlanıb. Cədvəlin zirvəsində 2 komanda yer alıb. "Europa"nın Cəbəllütariq çempionatında qızıl medal qazanması mütləq rekorda əngəl olub. Belə ki, 2002/03 mövsümündən sonra hər il çempion olan "Linkoln" 14 qızıl mövsümdən sonra ilk dəfə titulu əldən verib. Bu da onlara Avropanın vahid rekordçusu olmaq imkanı verməyib.
"Qarabağ" 900 min avroya italiyalı hücumçu alır
"Qarabağ" klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Bu, hazırda İtaliya B Seriyasında "Trapani" komandasında çıxış edən hücumçu Nikola Çitrodur.
Raqif Abbasov: “Azərbaycanın “Bakı-2017”dəki uğurları növbəti qələbələrə zəmin yaradır”
“Bakı şəhəri İslam dünyasını əhatə edən böyük idman bayramına ev sahibliyi etdi. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları böyük və yaddaqalan tarixi hadisə oldu”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
Sane Konfederasiyalar Kubokundan kənarda qalacaq
"Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak etməyəcək. Almaniya millisinin üzvü yayda əməliyyat olunacaq. "Tibbi personalla məsləhətləşəndən sonra qərara aldım ki, yeni mövsümdə daha sağlam olmaq üçün əməliyyat keçirim" - Sane deyib.
Spaletti Milan klubuna gedir
"Roma"nın baş məşqçisi Luçano Spaletti yaxın zamanda iş yerini dəyişəcək. Təcrübəli mütəxəsisin xidmətində "İnter" maraqlıdır.
"Disney"in sabiq baş katibi ingilis klubu alır
"The Walt Disney Company"nin sabiq baş katibi Maykl Aysner İngiltərənin "Portsmouth" klubuna sahib çıxmaq istəyir. 75 yaşlı amerikalı klub səhmlərinin 48.5%-ni almağa hazırlaşır. Bunun üçün onun şirkəti "Tornante Investment Group" 5.57 milyon funt ödəyəcək. Aysner komandaya əlavə 10 milyon funt də investisiya yatıracaq. "Portsmouth"un ev oyunlarını keçirdiyi "Fratton Park"ın rekonstruksiyasına ən azı 5 milyon funt ayrılacaq. 2015-ci ildə "Forbes" Aysnerin sərvətini 1 milyard dollar həcmində qiymətləndirmişdi
Pike: "Qızıl top"u Buffon qazansaydı, əla olardı"
"Barselona"nın müdafiəçisi Jerar Pike təcrübəli qapıçı Canluici Buffonun "Qızıl top"a layiq olduğunu deyib. Katalon futbolçu İtaliya telekanallarından birinə açıqlamasında bəzi məsələlərə toxunub.
"Qəbələ" klubu Rəşad Sadiqovla yollarını ayırıb - RƏSMİ
"Qəbələ" klubu futbolçu Rəşad Sadiqovla yollarını ayırıb. Bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. S.Səfiyarlı bildirib ki, 34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin uzadılmamasına qərar verilib: "Sadiqov komandamızda çıxış etdiyi 2,5 il ərzində çox kömək etdi. Amma artıq bəzi amilləri nəzərə alaraq, onunla anlaşmanı yeniləməmək qərarına gəldik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
“Bakı-2017”ni yekun mətbuat konfransı keçirilib
Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına dair mətbuat konfransı keçirilib. İslamiadanın əsas media mərkəzində təşkil olunmuş konfransda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının baş icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-in Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyid Dahruq və “Bakı-2017”nin Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak edib.
Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Memorandumu İqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç imzalayıblar. Memorandum idmançıların peşəkarlığının artırılmasını, təcrübə mübadiləsi üçün qarşılıqlı klub-liqa yarışlarında iştirakını, birgə təlim-məşq toplanışlarını və turnirlərin təşkilini, ev sahibi olduğu turnirlərdə digər tərəfin idmançılarının dəvət olunmasını nəzərdə tutur.
Azərbaycan İslamiadada bilet satışından nə qədər gəlir əldə etdi?
"Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında 59 ölkədən 360 min bilet alınıb". Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Nazir bilet satışından 3 milyon manata yaxın gəlir əldə olunduğunu bildirib: "Ancaq bu rəqəmlər hələ dəqiqləşdirilir. Bu işlər tam yekunlaşdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq".
"İslamiada Rio Olimpiadasından daha yüksək səviyyədə keçirilib"
"Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları uğurla baş tutdu. Bu Oyunlar bəlkə Riodakı Olimpiadadan daha yüksək səviyyədə keçirilib". Bunu İdman və Gənclər naziri Azad Rəhimov mayın 12-dən 22-dək Bakıda keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Oyunlarda 75-i qızıl olmaqla ümumilikdə 162 medal qazanan idmançılarımız yüksək nailiyyət əldə ediblər.

.jpg)












