İdman
"Fənərbağça"nın ulduz futbolçusu həbs edildi
Bu gecə İstanbulda Türkiyəyə qeyri-qanuni yollarla lüks avtomobil gətirən və sənədləri saxtalaşdıran cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində 46 nəfər tutulub. Tutulanlar arasında "Fənərbağça" klubunun ulduz futbolçusu Ozan Tufan da var. Onlar hazırda Maslakdakı təcridxanada saxlanılır.
Qırğızıstanın turktoday.info portalı IV İslam Həmrəyliyi Oyunlarından yazdı
Mayın 22-də IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilib. Mərasim dünyanın bir çox ölkələrində canlı yayımlanıb. “Olaylar” xəbər verir ki, Qırğızıstanın turktoday.info informasiya portalı da IV İslam Həmrəyliyi Oyunlarının bağlanması ilə əlaqədar Azərtacın rus dilində xüsusi materialını dərc edib.
"Qırmızı şeytanlar" ən gənc start heyəti meydana çıxıb
İngiltərə Premyer Liqasının 38-ci turunda "Mançester Yunayted" evdə "Kristal Palas"i 2 cavabsız qolla məğlub edib. Komandanın baş məşqçisi Joze Mourinyo bu oyuna Premyer Liqa tarixində ən gənc start heyətini oyuna çıxarıb. Heyətin orta yaşı 22 il 284 gün olub.
"Yuventus" "Qarabağ"a çatdı
İtaliya A seriyasının XXXVII turunda "Krotone" üzərində 3:0 hesablı qələbə qazanan "Yuventus" sona 1 tur qalmış çempionluğu rəsmiləşdirib. Tarixində 33-cü dəfə ölkə çempionu olan "qoca sinyora" ilklə yadda qalıb. Belə ki, Turin təmsilçisi ardıcıl 3-cü dəfə "qızıl dubl"a imza atıb. Massimiliano Alleqrinin komandası İtaliya Kubokunun finalında da "Latsio"ya qalib gələrək, bu titula yiyələnmişdi. Bununla, "Yuve" "böyük beşlik" ölkələri (İtaliya, İspaniya, İngiltərə, Almaniya, Fransa) arasında ardıcıl 3 mövsüm hər iki titula (çempionat və kubok) sahib çıxan ilk klub olub. Yeri gəlmişkən, Azərbaycan çempionu "Qarabağ" da cari mövsümü "qızıl dubl"la tamamlayaraq, ardıcıl 3-cü dəfə bu uğura yiyələnib.
“Bakı-2017”: Hər anı bir tarix, hər günü yeni bir zəfər
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ötən gün medal qazanan idmançılarımızla mayın 22-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) ənənəvi görüş keçirilib. Tədbirdə MOK-un rəsmiləri, qaliblərin ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
IV İslam Həmrəyliyi Oyunları başa çatıb, Azərbaycan birinci olub
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda təşkil olunan yarışa tennisçilərin mübarizəsi ilə yekun vurulub.
Dərman qutusundan narkotik vasitə çıxdı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşına məxsus dərman qutusuna baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verlən məlumata görə, baxış zamanı, qutunun içərisində təsiredici maddəsinin ümumi miqdarı 0,044 qram olan buprenorfin, təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan metadon və təsiredici maddəsinin ümumi miqdarı 1 qram olan tramadol adlı dərman preparatları aşkar edilib.
Almaniyalı hücumçu Çin klubunun hədəfində
"Verder"in hücumçusu Maks Kruze karyerasını Çində davam etdirə bilər. 29 yaşlı forvard "Tianjin Quanjan" klubunun maraq dairəsinə düşüb. Fabio Kannavaronun baş məşqçisi olduğu klub Kruzeyə ildə 13 milyon avro xərcləməyə hazırdır. Bremen təmsilçisinin bu transferdən qazancı açıqlanmır. Amma Kruzenin qiyməti 15 milyon avro göstərilir.
Elxan Məmmədov: "Gəlin, qızıl medaldan həzz alaq"
"Hər kəsi təbrik edirəm, gözəl final matçı izlədik. İlk hissədə daha rahat oynayırdıq. Sonra komandamız təzyiq altına düşərək, axıra yaxın oyuna nəzarəti itirmişdi. Buna baxmayaraq, qızıl medalları qazandıq. Bütün futbolçuları və məşqçilər heyətini təbrik edirəm". Bunu AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Omanı 2:1 hesabı ilə məğlub edərək, qızıl medal qazandığı final görüşündən sonra deyib.
Azərbaycan İslamiadanın medal siyahısında liderliyini davam etdirir
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının doqquzuncu günündə Azərbaycan medal siyahısında liderliyini davam etdirib. Azərbaycan milli komandasının hesabında hazırda 154 medal (75 qızıl, 46 gümüş və 33 bürünc) var.
"Bu qələbələr Azərbaycan basketbolu üçün böyük bir təkandır"
"Çox xoşbəxtik ki, finalda dünya çempionu Qətərə qalib gəldik. Bütün bu proseslərin çətin olmasına baxmayaraq, biz qələbəyə inanaraq qızıl medal qazandıq."
Bakı-2017: Azərbaycan idmançısı zorxana yarışının qalibi oldu
İlham Əliyev güləşçiləri mükafatlandırdı
Bakı-2017: Təmsilçilərimiz suya tullanma yarışında 3-cü oldular
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının suya tullanma yarışında növbəti medalını qazanıb. Təmsilçilərimiz - Artyom Danilov və Dmitri Sorokin cütlüyü 3 m tramplindən sinxron tullanma yarışında 297.90 xalla üçüncü olub. İramn təmsilçiləri qızıl (334.08), indoneziyalılar isə gümüş (330.30) medala sahib olublar.
Bakı-2017: Daha bir qızıl medal paraatletikadan gəldi
Azərbaycan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının paraatletika yarışlarında növbəti qızıl medalını əldə edib. Atletimiz Yelena Çebanu qadın paralimpiyaçılar arasında 200 metr məsafəyə qaçış yarışında (T12 kateqoriyası) finiş xəttinə rəqiblərindən daha tez çatıb - 24,89 saniyə. İndoneziya idmançısı Endanq Sitorus gümüş, mərakeşli Məryəm En-Nuri isə bürünc medal qazanıb.














