İdman

Bakı-2017: Güləşçimizdən qızıl medal

19 May 2017 18:29

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan sərbəst güləşdə ilk medalını qazanıb. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mahir Əmiraslanov finalda Qazaxıstan güləşçisi Jandos İsmayılovla qarşılaşıb. Təmsilçimiz həlledici görüşdə daha yaxşı güləşərək qalib gəlib - 5:4.

Renat Dadaşov "Ayntraxt"la 3 illik müqavilə bağladı

19 May 2017 17:38

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu gün klubu "Ayntraxt"la yeni müqavilə imzalayıb. Bu barədə Frankfurt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, bu ilin yanvarında "Leypsiq"dən transfer edilən və ilk 6 ayı klubun U-19 komandasında keçirən Dadaşov bundan sonra əsas kollektivə cəlb ediləcək.

Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı

19 May 2017 17:30

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir. Qadınlar arasında 10 m platformadan suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb. Bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalıdır. İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə türkiyəli Sinem Sağlam tutub.

Azad Rəhimov: "İslamiadada qazanılan medalların 44-ü qadın idmançılarımıza məxsusdur"

19 May 2017 16:36

"Azərbaycan qadınları ictimai siyasi həyatda hər zaman aktiv olublar. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycanda qadınların rolu daha da artıb". SİA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxış edərkən deyib.

Boks üzrə Azərbaycan millisi İslamiadanın ən güclüsü oldu

19 May 2017 13:23

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb. 7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb. Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.

"Bakı-2017": Türkiyə stolüstü tennisçisi finala vəsiqə qazandı

19 May 2017 12:32

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis idman növünün qadınlar arasında fərdi yarışlarında yarımfinal mərhələsinin ilk oyunu başa çatıb. Bu oyunda Azərbaycan təmsilçisi Miao Vang Türkiyə idmançısı Melek Hu ilə qarşılaşıb. Matçda Türkiyə stolüstü tennisçisi 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12) hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.

Faiq Qarayev: "Vətənimizdə qızıl medal qazandığımız üçün çox xoşbəxtik" 

19 May 2017 12:31

"Belə möhtəşəm yarışda iştirak etmək arzumuz idi. Hər kəs bizdən qızıl medal gözləyirdi". Bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev deyib.

Daha bir güləşçimiz vaxtından əvvəl qalib gəldi - Bakı-2017

19 May 2017 12:22

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib. İdmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib. Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.

"Qalatasaray" Türkiyədə birincidir

19 May 2017 12:21

"Qalatasaray" tvitterdə ən çox izləyicisi olan türk klubudur. 7 milyon izləyiciyə malik səhifə ümumi sıralamada 9-cudur. 2009-cu ilin martında fəaliyyətə başlayan tviter səhifəsi son 3 ildə 4.5 milyon istifadəçi cəlb edib. "Sarı qırmızılar" ötən il "Sosial şəbəkədən ən yaxşı ən yaxşı istifadə edən idman klubu" mükafatına layiq görülmüşdü.

Basketbol 3x3 yarışlarının ilk günündə Azərbaycanın kişi və qadın komandaları qalib gəliblər

19 May 2017 12:19

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında basketbol 3x3 yarışlarına start verilib. Yarışların birinci günündə 18 oyun keçirilib. Qadınların yarışında 8, kişilərin mübarizəsində isə 10 qarşılaşma oynanılıb.

"Messi Ronaldudan daha yaxşıdır”

19 May 2017 12:04

Mənə görə Messi dünyanın ən güclü futbolçusudu. Onunla çiyin-çiyinə oynadığım üçün çox xoşbəxtəm. Bu sözləri "Barselona"nın əfsanəvi kapitanı Karles Puyol deyib. Futbolçu karyerası ərzində yalnız Kataloniya klubunun formasını geyinmiş sabiq müdafiəçi son illərin ən çox müzakirə mövzusu olan Lionel Messi - Kriştianu Ronaldu mübarizəsinə münasibət bildirib.

Millimiz Makedoniyanı məğlub etdi

19 May 2017 11:21

Makedoniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci yoldaşlıq oyununu keçirib. Millimiz bu ölkənin müvafiq yaş qrupuna aid yığma komandası ilə üz-üzə gəlib.

Bakı-2017: Təmsilçimiz finalda

19 May 2017 11:19

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir. Qadınlar arasında 10 m platforma yarışında təmsilçimiz Olqa Bıkovskaya seçmə mərhələdə birinci yeri tutaraq finala yüksəlib. Finala, həmçinin indoneziyalı Della Harimurti və türkiyəli Sinem Sağlam vəsiqə qazanıblar.

Güləşçimizdən növbəti qızıl

18 May 2017 18:56

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb. Qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Janat Kilbayev olub. Güləşçimiz rəqibinə 9:0 hesabı ilə vaxtından əvvəl qalib gələrək yunan-Roma güləşindən ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Ayxan Tağızadə: Məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir

18 May 2017 18:52

Rəqiblərim çox güclü olsa da, döyüşə ciddi hazırlaşdığımdan qızıl medal qazandım. Bunu IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Ayxan Tağızadə deyib. Onun sözlərinə görə, döyüşləri gərgin keçib: "Rəqiblərim arasında Olimpiya 3-cüsü var idi. Amma buna baxmayaraq, hər 3 rəqibimə qalib gəldim. Gələcəkdə məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir. Qələbəmi mənim əbədi fanatım olan anama həsr edirəm".