İdman

Qızıl medalçı paraatlet: "Məni dəstəkləyən hər kəsə minnətdaram"

18 May 2017 18:42

"Avropa Oyunlarında paracüdo idman növü olsa da, paraatletika yox idi. Amma bu dəfə bizə bu fürsət verildi".

Bakı-2017: Suya tullanma yarışında ilk medalımız

18 May 2017 18:34

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir. Kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında Azərbaycan təmsilçisi Dmitri Sorokin 331,25 xalla bürünc medala layiq görülüb.

Bakı-2017: Paralimpiyaçılarımızdan qızıl və gümüş medallar

18 May 2017 18:33

Azərbaycan paraatletləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medallar əldə ediblər. Paralimpiyaçımız Nurlan İbrahimov T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında hamıdan sürətli olub. İkinci yeri digər idmançımız Elçin Muradov tutub. İran təmsilçisi Araş Xosrovi isə üçüncü olub.

İheci Moulud: “Bakı-2017” müxtəlif ölkələri həmrəylik bayrağı altında bir araya gətirib"

18 May 2017 18:15

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib. Biz Azərbaycanın kişi voleybol yığmasının Türkiyə voleybolçularına 3:0 hesabı ilə qalib gəldiyi matça baxdıq. Bu, maraqlı oyun idi. Hesab edirəm ki, Azərbaycan komandası İslamiadanın favoritidir və haqlı olaraq qızıl medallara ümid bəsləyir". SİA-nın məlumatına görə, bu fikirləri Əlcəzair voleybol komandasının məşqçisi İheci Moulud İran yığması ilə oyundan sonra deyib.

Çingiz Hüseynzadə: "IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir"

18 May 2017 18:09

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşinci günündə medal qazanan idmançılarımızla “Zəfər günləri” çərçivəsində növbəti görüş mayın 18-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təşkil olunub. Görüşdə MOK-un və müxtəlif idman federasiyalarının rəsmiləri, Milli Məclisin deputatları, qalib idmançılar və onların ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarındakı qələbələrini əks etdirən filmin nümayişi ilə başlayıb.

Qadın basketbolçularımız hər iki oyunu qalib başa vurdular - Bakı-2017

18 May 2017 14:06

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol yarışına start verilib. İlk oyun günündə qadın basketbolçulardan ibarət millimiz Türkmənistanla qarşılaşıb. İdmançılarımız daha üstün oyun nümayiş etdiriblər - 16:7. Yığmamız ikinci oyunda isə Əlcəzair komandasına qalib gəlib - 20:14.

Şumaxerin xanımını hədələdilər: "Uşaqlarınız öldürüləcək"

18 May 2017 13:47

"Formula 1" üzrə 7 dəfə çempion olmuş Mixael Şumaxerin həyat yoldaşı Korinna övladlarının öldürülməsi ilə hədələnib.  Naməlum şəxs Korinnanın elektron poçtuna ismarış yollayıb:  "Əgər pulları 2016-cı ilin martın 31-dək göndərməsiniz, uşaqlarınız öldürüləcək".  

Boatenq müqaviləsinini müddətini 3 il artırdı

18 May 2017 12:54

Kevin-Prins Boatenq "Las Palmas"la müqaviləsinin müddətini uzadıb. Qanalı yarımmüdafiəçi ilə 2020-ci ilin yayına kimi yeni müqavilə imzalanıb.Boatenq "Las Palmas"a ötən mövsümün əvvəlində transfer olunmuşdu.

Ramin Əzizov da yarımfinala çıxdı

18 May 2017 12:21

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışının sonuncu günündə daha bir təmsilçimiz yarımfinala vəsiqə qazanıb.  87 kq çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov 1/4 finalda iordaniyalı Anas Sadek ilə görüşüb. Döyüş idmançımızın tam üstünlüyü ilə keçib - 27:8.

Ronaldudan növbəti rekord

18 May 2017 12:13

"Real"ın futbolçusu Kriştianu Ronaldu növbəti rekorda imza atıb.  Portuqaliyalı hücumçu Avropanın 5 böyük liqasında (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) ən çox qol vuran futbolçu olub.

Bakı-2017: Güləşçilərimiz qələbələri sıralayır

18 May 2017 11:54

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda mübarizəyə qoşulub. İdmançımız ilk görüşündə İran təmsilçisi Rasoul Qarmsiri ilə mübarizə aparıb. Güləşçimiz ilk mübarizəsini 6:1 hesabı ilə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Toğrul Əsgərovun qanında dopinq tapıldı - 1 illik cəza

18 May 2017 11:51

London Yay Olimpiya Oyunlarının qalibi olan azərbaycanlı güləşçi Toğrul Əsgərov diskvalifikasiya edilib. Buna 25 yaşlı pəhləvanın antidopinq qaydalarını pozması səbəb olub.

Qadın taekvandoçumuz yarımfinalda - Bakı-2017

18 May 2017 11:24

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz yarımfinala yüksəlib. Dayanq üzərinə çıxan təmsilçimiz Darya Şkurko (62 kq) 1/4 finalda Mərakeş taekvandoçusu Sukayna Əl Auni ilə görüşüb. Qarşılaşma idmançımızın xeyrinə başa çatıb - 10:8.

Atletimizdən gümüş medal - Bakı-2017

17 May 2017 19:00

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları keçirilir. Atletimiz Rahib Məmmədov kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış üzrə yarışın finalında gümüş medal qazanıb - 14,18 saniyə.

"Qalatasaray"ın yeni hədəfi açıqlandı

17 May 2017 18:50

"Qalatasaray" klubunun yeni hədəfi açıqlanıb.  İstanbul klubu "Valensiya"nın hücumçusu Alvaro Neqredoilə maraqlanır. Bu barədə "Milliyet" məlumat yayıb. Hazırda icarə əsasında "Middelsbrough"da çıxış edən ispaniyalı futbolçu mövsümün sonunda "yarasalar"ın düşərgəsinə dönəcək.