İdman
"Real"ın daha bir ulduzu İngiltərə yolunda
"Real"ın daha bir ulduzu İngiltərə klubuna keçə bilər. Premyer Liqa klubuları Luka Modriçi transfer etmək istəyir. Belə ki, onun xidmətində "Çelsi" və "Arsenal" maraqlıdı. Hər iki klubun Luka Modriç və "Real"la danışıqlara başlayacağı bildirilir. Xorvat futbolçu ilə həmçinin PSJ və "Bavariya" da maraqlanır.
İdmançımız güllələndi
Bakı-2017: İdman gimnastlarımızdan 2 medal
Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb. Təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb. Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal. Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.
Boksçumuz Tamerlan Abdullayev yarımfinala yüksəldi
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kq çəki dərəcəsində 1/4 final mərhələsinə start verilib. Azərbaycan millisinin bu çəki dərəcəsindəki təmsilçisi Tamerlan Abdullayev yarışda ikinci döyüşünə çıxıb.
Britaniyalı turist: "İdman yarışlarını canlı izləmək çox maraqlıdır"
"İdman yarışlarını canlı izləmək çox maraqlıdır". Bunu Londondan İslam Həmrəyliyi Oyunlarını izləməyə gəlmiş turist Hafiz Bəşir deyib. O bildirib ki, Azərbaycana dünən axşam gəlib və ilk olaraq idman gimnastikası üzrə yarışları izləyib: "Mənim çox xoşuma gəldi. Azərbaycanda olduğum üçün azərbaycanlı gimnastlara azarkeşlik edirəm".
Özbəkistanlı gimnast: Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək xoşdur
Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək çox xoşdur. Bunu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarında çıxış edən özbəkistanlı gimnast Oksana Çusovitina deyib. Dayaqla tullanma yarışlarında qızıl medal qazanmış gimnast öz çıxışından çox razı qaldığını deyib. O.Çusovitina qeyd edib ki, o, Bakıya üçüncü dəfədir ki, gəlir. “Özümü burada evdəki kimi hiss edirəm. Çünki insanlar burada inanılmaz dərəcədə mehriban və xeyirxahdırlar. Bu, əhval-ruhiyyəni yüksəldir”.
Azərbaycan üzgüçüsü İslamiadada ikinci qızıl medalını qazandı
Azərbaycan üzgüçüsü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb. İdmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub. Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.
Azərbaycanlı məktəbli şahmat üzrə dünya çempionatında gümüş medal qazanıb
Ruminiyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin komandası təmsil edib. “OLAYLAR”-ın xəbərinə görə, 42 ölkədən 600-dən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında ikinci yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında üçüncü yeri tutaraq bürünc medal qazandılar. Hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya, ikinci yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanır.
IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb
Bu gün Milli Gimnastika Arenasında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Ömər Dinaye iştirak ediblər.
İslamiada qalibi: "İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq"
Yarışlar güclü keçdi. Əksər ölkələr güclü komandalarla iştirak edirdilər. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər".
"Sevinirəm ki, medalsız qalmadım" - İlham Zəkiyev
Qızıl medal uğrunda döyüşə atılmışdım, haqsızlıq oldu, yarışın qalibi mən olmalı idim. Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paralimpiya üzrə bürünc medal qazanmış idmançımız İlham Zəkiyev deyib. O bildirib ki, amma yenə də medalsız qalmadım: "Paracüdoda B1, B2 və B3 dərəcələri var. Yəni, tam görmək, zəif görmək və ümumiyyətlə, görməmək. Bu oyunlarda B1, yəni tam görmə qabiliyyətini itirən yeganə idmançı mən idim. Ümid edirəm ki, bu ədalətsizlik aradan qaldırılar və gələcək yarışlarda buna diqqət yetirilər. Sevinirəm ki, medalsız qalmadım".
Azərbaycan atıcısı üçüncü qızıl medalını qazandı
Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında üçüncü qızıl medalını qazanıb. Təmsilçimiz kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.
Qızıl medalçımız: "Qələbəmi azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm"
Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ölkəmə qızıl medal qazandırmışam. Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Ayxan Mamoyev deyib.
Azərbaycan gimnastından daha bir medal
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan gimnastı Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda gümüş medal qazanıb. Onun nəticəsi 12.400 xal olub. Qızıl medalı 12.750 xal nəticə ilə Türkiyə təmsilçisi Demet Mutlu qazanıb. Bürünc medalı da 11.900 xal nəticəsi olan Türkiyə təmsilçisi Ekin Morova qazanıb.
Fabreqas: "Arsenal" əbədi ürəyimdə qalacaq"
"Çelsi" mövsümü "Qızıl dubl"la başa vurmaq üçün İngiltərə kubokunun finalında "Arsenal"ı məğlub etməlidir. Bu görüş "zadəganlar"ın oyunçusu Sesk Fabreqas üçün xüsusi olacaq. 2003-2011-ci illərdə "Arsenal"da forma geyinmiş ispaniyalı havbek bu barədə fikirlərini bildirib.














