İdman

Ağır atletimiz İslamiadanı bürünc medalla başa vurdu

16 May 2017 19:50

Azərbaycanın ağır atleti Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurub. Bu gün çəkisi 94 kq olan kişilər körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Nailxan Nəbiyev və Rövşən Fətullayev medal mübarizəsinə qoşulublar.

Üzgüçümüz İslamiadada 3-cü qızıl medalını qazandı

16 May 2017 18:27

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 3-cü qızıl medalını qazanıb. 200 m məsafəyə batterflay üsulu ilə üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb"

16 May 2017 18:11

"IV İslam Həmrəyliyi Oyunlarının açılışı çox yüksək səviyyədə təşkil edilmişdi. Açılışın bu səviyyədə keçirilməsi mənim üçün gözlənilməz idi. İdmançıların təntənəli yürüşünü həyəcan və sevinclə izlədim. Deyə bilərəm ki, hər şey Olimpiya Oyunlarına oxşayırdı. Tədbirin təşkilati məsələləri də çox xoşuma gəldi. Bəlkə də Azərbaycandakı kimi İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə açılışı təşkil olunmayıb".

Dortmund "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşdi

16 May 2017 15:42

Dortmund "Borussiya"sı mövsümün sonunda baş məşqçi Tomas Tuhellə yollarını ayıracaq. Buna səbəb çalışdırıcının həm prezident, həm də oyunçularla problem yaşamasıdır. Dortmund təmsilçisi artıq yeni baş məşqçisini də tapıb. Bundesliqa klubu "Nitsa"nın çalışdırıcısı Lusyen Favre ilə anlaşıb. İlkin razılığa görə, tərəflər arasında 1+1 illik müqavilə imzalanacaq.

“Real”ın futbolçusu “Mançester Yunayted”lə anlaşdı

16 May 2017 14:35

"Real"ın yarımmüdafiəçisi Hames Rodrigesin yeni komandasının adına aydınlıq gəlib. Kolumbiyalı futbolçu karyerasını İngiltərədə davam etdirəcək.

"Çelsi" rekordu təkrarladı

16 May 2017 13:41

Premyer Liqada çempionluğunu rəsmiləşdirən "Çelsi" 34-cü turdan təxirə salınmış oyunda "Vatford"u 4:3 hesabıyla məğlub edib. Çempionluq gətirən əsas heyətə 9 dəyişiklik edən Antonio Konte Con Terriyə də son dəfə "Stamford Bridge"də meydana çıxmaq imkanı yaradıb.

Azərbaycanlı gimnastlar: İslam Həmrəyliyi Oyunlarında əldə olunan uğur yeni qələbələrə həvəsləndirir

16 May 2017 13:02

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında əldə olunan uğur yeni qələbələrə həvəsləndirir. Bunu jurnalistlərə azərbaycanlı gimnast Marina Nekrasova deyib. O xatırladıb ki, Avropa çempionatında zədə ilə əlaqədar iştirak edə bilməmişdi: "Buna görə çox təəssüflənmişdim, həvəsdən düşmüşdüm. Hətta bu Oyunlarda da iştirak edib-etməyəcəyimi bilmirdim. Amma məşqçinin dəstəyi mənə kömək oldu. Qazandığım medallara görə çox şadam".

"Real"ın daha bir ulduzu İngiltərə yolunda

16 May 2017 12:18

"Real"ın daha bir ulduzu İngiltərə klubuna keçə bilər.  Premyer Liqa klubuları Luka Modriçi transfer etmək istəyir. Belə ki, onun xidmətində "Çelsi" və "Arsenal" maraqlıdı. Hər iki klubun Luka Modriç və "Real"la danışıqlara başlayacağı bildirilir. Xorvat futbolçu ilə həmçinin PSJ və "Bavariya" da maraqlanır.

İdmançımız güllələndi

16 May 2017 08:15

Bakı-2017: İdman gimnastlarımızdan 2 medal

15 May 2017 19:02

Azərbaycanın idman gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci gümüş medalını qazanıb. Təmsilçimiz tirdə hərəkətlərin yekunu üzrə 12.600 bal toplayıb. Daha bir təmsilçimiz Yuliya İnşina isə üçüncü olub - 12.250 bal. Bu proqramda qızıl medala Türkiyə idmançısı Göksu Üçtaş Şanlı (12.750) sahib çıxıb.

Boksçumuz Tamerlan Abdullayev yarımfinala yüksəldi

15 May 2017 18:55

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kq çəki dərəcəsində 1/4 final mərhələsinə start verilib. Azərbaycan millisinin bu çəki dərəcəsindəki təmsilçisi Tamerlan Abdullayev yarışda ikinci döyüşünə çıxıb.

Britaniyalı turist: "İdman yarışlarını canlı izləmək çox maraqlıdır"

15 May 2017 18:38

"İdman yarışlarını canlı izləmək çox maraqlıdır". Bunu Londondan İslam Həmrəyliyi Oyunlarını izləməyə gəlmiş turist Hafiz Bəşir deyib. O bildirib ki, Azərbaycana dünən axşam gəlib və ilk olaraq idman gimnastikası üzrə yarışları izləyib: "Mənim çox xoşuma gəldi. Azərbaycanda olduğum üçün azərbaycanlı gimnastlara azarkeşlik edirəm".

Özbəkistanlı gimnast: Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək xoşdur

15 May 2017 18:18

Azərbaycanlı tamaşaçılar qarşısında çıxış etmək çox xoşdur. Bunu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarında çıxış edən özbəkistanlı gimnast Oksana Çusovitina deyib. Dayaqla tullanma yarışlarında qızıl medal qazanmış gimnast öz çıxışından çox razı qaldığını deyib. O.Çusovitina qeyd edib ki, o, Bakıya üçüncü dəfədir ki, gəlir. “Özümü burada evdəki kimi hiss edirəm. Çünki insanlar burada inanılmaz dərəcədə mehriban və xeyirxahdırlar. Bu, əhval-ruhiyyəni yüksəldir”.

Azərbaycan üzgüçüsü İslamiadada ikinci qızıl medalını qazandı

15 May 2017 18:16

Azərbaycan üzgüçüsü Maksim Şembyarov IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb.  İdmançımızın 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışında vaxtı 4:16,56 olub. Gümüş medal türkiyəli üzgüçü Batuhan Hakana, bürünc isə indoneziyalı Aflah Praviraya nəsib olub.