İdman
Azərbaycanlı məktəbli şahmat üzrə dünya çempionatında gümüş medal qazanıb
Ruminiyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin komandası təmsil edib. “OLAYLAR”-ın xəbərinə görə, 42 ölkədən 600-dən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında ikinci yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında üçüncü yeri tutaraq bürünc medal qazandılar. Hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə birinci yeri tutan şahmatçılar dünya, ikinci yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanır.
IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb
Bu gün Milli Gimnastika Arenasında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası üzrə fərdi yarışların qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Ömər Dinaye iştirak ediblər.
İslamiada qalibi: "İstəyimiz Azərbaycanın adını yüksəltmək idi, buna nail olduq"
Yarışlar güclü keçdi. Əksər ölkələr güclü komandalarla iştirak edirdilər. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdoçuları yarışlarda yaxşı nəticə göstərdilər".
"Sevinirəm ki, medalsız qalmadım" - İlham Zəkiyev
Qızıl medal uğrunda döyüşə atılmışdım, haqsızlıq oldu, yarışın qalibi mən olmalı idim. Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında paralimpiya üzrə bürünc medal qazanmış idmançımız İlham Zəkiyev deyib. O bildirib ki, amma yenə də medalsız qalmadım: "Paracüdoda B1, B2 və B3 dərəcələri var. Yəni, tam görmək, zəif görmək və ümumiyyətlə, görməmək. Bu oyunlarda B1, yəni tam görmə qabiliyyətini itirən yeganə idmançı mən idim. Ümid edirəm ki, bu ədalətsizlik aradan qaldırılar və gələcək yarışlarda buna diqqət yetirilər. Sevinirəm ki, medalsız qalmadım".
Azərbaycan atıcısı üçüncü qızıl medalını qazandı
Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında üçüncü qızıl medalını qazanıb. Təmsilçimiz kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.
Qızıl medalçımız: "Qələbəmi azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm"
Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ölkəmə qızıl medal qazandırmışam. Bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Ayxan Mamoyev deyib.
Azərbaycan gimnastından daha bir medal
Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan gimnastı Yekaterina Tişkova müxtəlif hündürlüklü qollarda gümüş medal qazanıb. Onun nəticəsi 12.400 xal olub. Qızıl medalı 12.750 xal nəticə ilə Türkiyə təmsilçisi Demet Mutlu qazanıb. Bürünc medalı da 11.900 xal nəticəsi olan Türkiyə təmsilçisi Ekin Morova qazanıb.
Fabreqas: "Arsenal" əbədi ürəyimdə qalacaq"
"Çelsi" mövsümü "Qızıl dubl"la başa vurmaq üçün İngiltərə kubokunun finalında "Arsenal"ı məğlub etməlidir. Bu görüş "zadəganlar"ın oyunçusu Sesk Fabreqas üçün xüsusi olacaq. 2003-2011-ci illərdə "Arsenal"da forma geyinmiş ispaniyalı havbek bu barədə fikirlərini bildirib.
Bakı-2017: Elnarə Abbasova bürünc medalı təmin etdi
Bakı-2017 IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova və Elnarə Abbasova medal mübarizəsi aparıblar.
Qadın cüdoçularımız komanda yarışında finala yüksəldilər
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qadın cüdoçularımız komanda yarışında finala yüksəlib. Yarımfinalda rəqib komanda tatami üzərinə çıxmadığından yığmamız birbaşa finala vəsiqə qazanıb.
Azərbaycan gimnastlarından İslamiadada daha bir medal
Azərbaycan gimnastı Timur Bayramov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında paralel qollarda hərəkətlər üzrə üçüncü olub. T.Bayramovun yekun nəticəsi 13.100 bal olub. Türkiyə idmançısı Fərhad Arican 14.900 bal yığaraq qızıl medala sahib olub. Gümüş medal isə əlcəzairli Hilal Meticiyə nəsib olub - 13.500 bal. Digər təmsilçimiz Bense Talas 7-ci yerlə kifayətlənib.
Bakı-2017: Gimnastımız gümüş medal qazandı
Azərbaycan gimnastı Marina Nekrasova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında dayaqla tullanmada gümüş medal qazanıb.
Nazarovun komandasının taleyi öz əlindədir
Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilib. Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" doğma meydanda "Kayzerslautern"lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Azərbaycan gimnastı IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı
Azərbaycan idmançısı Murad Ağarzayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb. Gimnastımız M.Ağarzayev 14.400 balla bütün rəqiblərini qabaqlayıb. Gümüş medala Əlcəzair təmsilçisi Əhməd Anis Mauc (13.350 bal), bürünc medala isə türkiyəli Əhməd Öndər (13.100) sahib çıxıb.
Kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazandı
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarında ikinci qələbəsini qazanıb. Birinci görüşdə Qırğızıstan yığmasını 5:0 hesabı ilə məğlub edən komandamız bu dəfə Türkiyə ilə qarşılaşıb.














