İdman

"Qarabağ" "Barselona" və "Bavariya" ilə qarşılaşa bilər

15 May 2017 12:01

UEFA Gənclər Liqasında çıxış edəcək "Qarabağ"ın 27 potensial rəqibi müəyyənləşib. Tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.

Finişə ikinci gəldi, amma liderdir

15 May 2017 11:38

Sebastyan Fettel Formula 1 yarışlarının Barselona Qran Prisində ikinci yeri tutmasına baxmayaraq, ümumi hesabda liderliyini qoruyub saxlayıb. "Ferrari"nin pilotu S.Fettel 104 xalla ümumi şəxsi hesabda birinci yerdədir. Barselonada qalib gələn "Mercedes"in britaniyalı pilotu Luis Hamilton 98 xalla ikinci, onun komanda yoldaşı finlandiyalı Valteri Bottas isə 63 xalla üçüncüdür.

Premyer Liqanı tərk edən son klub da müəyyənləşdi

15 May 2017 11:22

İngiltərə Premyer Liqasını tərk edən üçüncü, sonuncu komandanın da müəyyənləşib.  "Hull City" də növbəti mövsüm Çempionşipdə çıxış edəcək. Sözügedən komanda XXXVII tur çərçivəsində səfərdə "Cristal Palace"a məğlub olub 0:4. Bu nəticədən sonra Marko Silvanın komandasının aşağı liqaya yuvarlanması rəsmiləşib.

"Real" 80 milyona aldığı futbolçunu satır

15 May 2017 11:20

"Mançester Yunayted" "Real"ın daha bir ulduzunu heyətinə qatmaq istəyir. Bu iddia ilə "RCN Radio" çıxış edib. Məlumata görə, "qırmızı-şeytanlar" Ceyms Rodrigeslə artıq anlaşma əldə edib. "Real"da yetərincə forma şansı qazanmayan kolumbiyalı ulduzun meneceri Xorxe Mendes bir neçə gün əvvəlFlorentino Perezlə görüşərək transferi müzakirə edib. Bildirilir ki, klub rəhbərliyi də Rodrigesi satmağa razılıq verib.