İradə Aşumova finala yüksəldi
14 May 2017 14:05 İdmanBakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq yarışları davam edir.
Bu gün qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma üzrə təsnifat mərhələsi başa çatıb. Azərbaycan idmançısı İradə Aşumova finala vəsiqə qazanıb.
Digər təmsilçilərimiz Zərifə Qasımova və Nigar Nəsirova isə mübarizəni dayandırıblar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31