İdman

İranlı idmançı: “Bakıda keçirilən İslam Oyunlarının təşkilatçılıq səviyyəsi Rio Olimpiya oyunlarından yüksək idi”

1 İyun 2017 13:23

“Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təşkilatçılıq səviyyəsi  Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunlarından qat-qat yüksək idi”.   İslamiadada 105 kq çəki dərəcəsində qızıl medal qazanan  Məhəmmədrza  Bərari deyib.

Türkiyə yığmasının üzvü "Vilyarreal"a keçdi

31 May 2017 18:35

Türkiyə millisinin hücumçusu Enes Ünalın yeni komandasının adına aydınlıq gəlib. Gənc forvard karyerasını İspaniyada davam etdirəcək. Lakin o, öncədən anlaşdığı deyilən "Valensiya"nın yox, "Vilyarreal"ın formasını geyinəcək. Müqavilə ilə "Mançester Siti"yə məxsus olan 20 yaşlı oyunçunun keçidi La Liqa klubuna 14 milyon avroya başa gəlib. Ünal yeni komandası ilə 4 illik sazişə qol çəkəcək. Bu transfer futbolçunun ilk klubu olan "Bursaspor"a da 1,4 milyon avro qazandırıb. Müqavilədə yer alan bəndə görə, "Mançester Siti" gələcəkdə onu 20 milyon avroya geri qaytara bilər. Ötən mövsümü icarə əsasında "Tvente"də keçirən Enes Hollandiya çempionatında keçirdiyi 32 matçda 18 qola imza atmışdı.

"Qəbələ" nəhayət bu transferi etdi

31 May 2017 18:26

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ" heyətini İlqar Qurbanovla gücləndirib. Mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirən "qırmızı-qaralar" 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

"Beşiktaş" Günəşlə müqaviləni uzatdı

31 May 2017 17:11

Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Şenol Günəşlə müqavilə müddətini uzadıb. İstanbul klubu növbəti mövsümə də hazırkı baş məşqçi ilə davam edəcək.

Məşhur qapıçı "Qızıl top" mükafatını qazandı

31 May 2017 17:09

"Arsenal"ın çərçivə qoruyucusu Petr Çex vətəni Çexiyada "Qızıl top" mükafatına layiq görülüb. Təcrübəli qolkiper karyerasında 11-ci dəfə bu mükafata sahib çıxıb. Çexiyada "Qızıl top" ölkənin ən yaxşı futbolçusuna təqdim olunur.

248 saylı məktəb  “Olympic Moves”un final mərhələsinə vəsiqə qazandı

31 May 2017 16:50

Universitetə qəbul olmaq, seçdiyi peşə üzrə ixtisaslaşmaq və cəmiyyət üçün faydalı fərd kimi yetişmək bütün məktəblilərin arzusudur. Ancaq bu arzunu reallaşdırmaq üçün savadla yanaşı, fiziki sağlamlıq da tələb olunur. Yalnız fiziki cəhətdən sağlam və gümrah şagirdlər dərslərinə köklənib, uğurlu nəticə əldə bilərlər. Elə buna görə də, artıq iki ildir ki, ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə “Olympic Moves” proqramı həyata keçirilir.

Məktəblilər arasında “Olympic Moves” proqramı

31 May 2017 15:18

Ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə “Olympic Moves” proqramı həyata keçirilir. “Olaylar” – a xəbər verir ki, proqram Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə dəstəyi ilə baş tutur. Proqramda məktəblilər 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman - üzrə yarışlarda iştirak edirlər. Yarışlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunu əhatə edir.

"Real" "İnter"in təklifini rədd etdi

31 May 2017 13:35

"İnter" bir neçə klubun maraqlandığı Xames Rodriqezi transfer etmək üçün "Real"a təklif göndərib.  "kral klubu" italyanların təklif etdiyi 42 milyon avroya Xamesi satmaqdan imtina edib. Madrid təmsilçisi kolumbiyalı yarımmüdafiəçinin satışından ən azı 75 milyon avro qazanmağı planlaşdırır.

Ronaldunun doğma şəhərini təmsil edən klub ona tapşırıldı

31 May 2017 12:20

Portuqaliya millisinin sabiq futbolçusu Koştinya Ronaldunun doğma şəhəri Funşalı təmsil edən "Nacional"a baş məşqçi təyin olunub.

Boksçularımız Avropa çempionatına hazırlaşır

30 May 2017 16:32

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının qatılacağı Avropa çempionatı mundiala seçim xarakteri daşıyacaq. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində təşkil olunacaq qitə birinciliyi Avropanın dünya çempionatındakı təmsilçilərinin adlarına aydınlıq gətirəcək.

Totti qərar verdi: "Karyeramı bitirmirəm"

30 May 2017 12:09

"Roma" ilə vidalaşan Françesko Tottinin karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib.  41 yaşlı futbolçu butslarını mismardan asmağa tələsmir. Belə ki, Totti ailəsi və dostlarının əhatəsində açıqlama verərək, növbəti mövsümdə də futbol oynayacağını istisna etməyib: "Fanatlara yazdığım məktubda bir punkt çatışmır.

Formula 1-ə 57 ölkədən bilet alınıb

30 May 2017 12:07

Formula 1 Azərbaycan Qran Prisinə 57 ölkədən bilet alınıb. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib. 

Formula 1-ə bilet alanlara xüsusi endirimlər ediləcək

30 May 2017 11:44

Formula 1 Azərbaycan Qran Prisinə bilet alanlara xüsusi endirimlər ediləcək. Bu, Bakı Şəhəri Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi arasında "Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi" layihəsi çərçivəsində əməkdaşlığa dair imzalanan anlaşma memorandumunda öz əksini tapıb.

Türk klubu Runini transfer etmək istəyir

26 May 2017 14:23

"Beşiktaş" Çempionlar Liqasının hazırlıqlarına başlayıb. Ardıcıl ikinci çempionluğu qazanmağa yaxın olan klub rəhbərliyi bir dünya ulduzu transfer edərək azarkeşlərini sevindirmək istəyir.

Alberto: ""Qarabağ"dan təklif almışıq"

26 May 2017 13:32

Masa arxasında əyləşib, Çitronun gələcək karyerasını müzakirə etmək üçün çempionatın başa çatmasını gözləyirdik. Artıq bunu edə bilərik. Təklifləri dəyərləndirib bir qərar verəcəyik.