Türkiyə yığmasının üzvü "Vilyarreal"a keçdi

Türkiyə millisinin hücumçusu Enes Ünalın yeni komandasının adına aydınlıq gəlib. Gənc forvard karyerasını İspaniyada davam etdirəcək. Lakin o, öncədən anlaşdığı deyilən "Valensiya"nın yox, "Vilyarreal"ın formasını geyinəcək. Müqavilə ilə "Mançester Siti"yə məxsus olan 20 yaşlı oyunçunun keçidi La Liqa klubuna 14 milyon avroya başa gəlib. Ünal yeni komandası ilə 4 illik sazişə qol çəkəcək. Bu transfer futbolçunun ilk klubu olan "Bursaspor"a da 1,4 milyon avro qazandırıb. Müqavilədə yer alan bəndə görə, "Mançester Siti" gələcəkdə onu 20 milyon avroya geri qaytara bilər. Ötən mövsümü icarə əsasında "Tvente"də keçirən Enes Hollandiya çempionatında keçirdiyi 32 matçda 18 qola imza atmışdı.

Qeyd edək ki, Enes Ünal "Mançester Siti"yə 2015-ci ildə 3 milyon avro müqabilində "Bursaspor"dan keçmişdi. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31