İdman
"Atletiko"dan transfer qadağası ilə bağlı bəyanat
İyunun 1-də Lozannada yerləşən İdman Arbitraj Məhkəməsi (CAS) FİFA tərəfindən "Atletiko" klubuna qarşı tətbiq olunan transfer qadağasını təsdiqlədi. Madrid klubu yayda yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək ki, bu da baş məşqçi Diyeqo Simeonenin planlarına daxil deyildi.
"Onlardan üzr istəmək istərdim"
U-21 millimizin üzvü olan Dmitri Nağıyevin şərəfini qoruduğu Ukraynanın "Dnepr" klubu növbəti mövsümdən etibarən I Divizionda çıxış edəcək. "Dnepr"in Ukrayna Premyer Liqasının son turunda "Volın"la ev qarşılaşmasında matç 51-ci dəqiqədə yerli azarkeşlərin meydana atdıqları fişəngin partladılması nəticəsində yarımçıq dayandırılıb.
"Monako" kapitanı saxladı
"Monako" Radamel Falkao ilə yeni müqavilə imzalayıb. 31 yaşlı hücumçu ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb. Kapitanı ötən mövsüm Fransa Liqasında 29 matçda 21 qol, 9 asisstlə yadda qalıb.
İnzaqi klubla müqaviləsini yenilədi
2016/17 mövsümündə A Seriyasında 5-ci olan "Lazio" İtaliyanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb. Bu arada Roma klubu baş məşqçi Simone İnzaqi ilə müqaviləsini yeniləyib. 41 yaşlı mütəxəssislə 2020-ci ilə kimi müqavilə imzalanıb.
2 boksçumuz cəzalandırıldı
Azərbaycanın boks üzrə olimpiya mükafatçısı Lorentso Sotomayorla dünya çempionu Elvin Məmişzadənin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməmələrinin səbəbi açıqlanıb.
Rusiya MOK prezidenti: “Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var”
"Azərbaycanın beynəlxalq miqyaslı idman yarışlarına necə ciddi hazırlaşdığının şahidi olmuşam. Ona görə də İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyinə əminəm”.
Rusiyanın idman naziri: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”
“Azərbaycan ilk Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”. Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov bildirib. Nazir deyib ki, Azərbaycan bu miqyasda idman yarışları keçirdiyinə görə ən böyük diqqətə və qiymətə layiqdir: “Həm Avropa Oyunları, həm də islam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirildi. Oyunların səviyyəsi, təşkilatçılıq ən yüksək qiymətə layiqdir”.
Güləşçilərimiz Dünya çempionunun şərəfinə turnirdə yarışacaq
İyunun 6-7-də Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komanda turnirdə iştirak edəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında Gürcüstana 10 güləşçimiz yollanacaq. Yarışda ölkəmizi Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədov (100 kq) təmsil edəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.
Günün matçlarını yayımlayacaq kanallar
Bu gün dünyanın yaşıl meydanlarında bir sıra qarşılaşmalar keçiriləcək.
“Qalatasaray” Brumanı Bundesliqa klubuna satdı
"Qalatasaray"ın yarımmüdafiəçisi Bruma karyerasını Almaniyada davam etdirəcək. Portuqaliyalı futbolçu "Leypsiq" klubu ilə anlaşıb. Uzun müddətdi bu keçidi reallaşdırmağa çalışan Bundesliqa təmsilçisinin bir neçə cəhdi uğursuz alınmışdı. Son olaraq qarşı tərəfə 14,5 milyon avro təklif edən "Leypsiq", nəhayət ki, arzusuna çatıb. Belə ki, İstanbul nəhəngi 23 yaşlı futbolçunu almanlara satmağa razılıq verib. Türkiyə Superliqasında həftəsonu keçiriləcək son tur matçının ardından Brumanın transferi rəsmən açıqlanacaq.
"Barselona"nın yeni məşqçisi təqdim olundu
Ernesto Valverde rəsmən "Barselona"da vəzifəsinin icrasına başlayıb. Bu gün 53 yaşlı mütəxəsis 2 illik müqaviləyə imza atıb. İmza mərasimində klubun prezidenti xosep Bartomeu və vitse-prezidenti Jordi Mestre iştirak edib.
Məhkəmənin qərarı "Atletiko"nu sevindirmədi
"Atletiko Madrid" yay fasiləsində transfer edəcəyi futbolçuları qeydiyyatdan keçirə bilməyəcək. İdman Arbitraj Məhkəməsi (CAS) FİFa tərəfindən Madrid klubuna tətbiq olunan transfer sanksiyasını qüvvədə saxlayıb. Beləliklə, baş məşqçi Diyeqo Simeone 2017/18 mövsümünün ilk dövrəsində yeni futbolçuların xidmətindən yararlana bilməyəcək.
"Milliyə qayıtmaq üçün qol vurmaq kifayət etmir"
İtaliya millisinin baş məşqçisi Campyero Ventura "Nice" klubunun hücumçusu Mario Balotelliyə yenidən dəvət göndərə biləcəyini istisna etməyib. Təcrübəli mütəxəsis bunları deyib: "Balotellinin pis təsir bağışlamırdı. Heç kim onun səviyyəsini şübhə altına almır. Amma milliyə qayıtmaq üçün qol vurmaq kifayət etmir. Dünya çempionatına hələ 1 il var. Millinin qapıları hər kəs üçün açıqdır. Mario mövsümün gedişində xoş təəssürat oyatdı. Bu barədə hələ danışacağıq".
"Yuventus"u finalda qələbə üçün mükafatı: 9 milyon avro
"Yuventus"un prezidenti Andrea Anyelli komandanın Çempionlar Liqasında qalib olmasına görə 9 milyon avro mükafat fondu ayırmağa hazırdır. Turin klubunun 26 futbolçusunun hər biri "Real" üzərində qazanılacaq qələbəyə görə şəxsi büdcəsini 350 min avro zənginləşdirə biləcək.
"Qarabağ"ın daha bir mümkün rəqibi bəlli oldu
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki daha 1 potensial rəqibi müəyyənləşib. Təmsilçimiz Litva klubu "Jalgiris"lə üz-üzə gələ bilər. Litva çempionunun II təsnifat mərhələsində səpələnməmişlərdə olacağı dəqiqləşib. "Jalgiris"dən fərqli, Moldova çempionu "Şerif" Azərbaycan Premyer Liqasının qalibi ilə eyni səbətdə, səpələnmişlərdə qərarlaşacaq.














