İdman

DÇ-2022 Qətərdə keçirilməyə bilər

6 İyun 2017 13:43

Futbol üzrə 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsi Doha və qonşu ölkələr arasında diplomatik münasibətlərin pozulması və sərhədlərin bağlanması səbəbindən təhlükə altına düşüb.

Şimali İrlandiya yığmasının üzvü: "Bu, fantastika olar"

6 İyun 2017 13:42

Seçmə mərhələsinin ilk dövrəsi bizim üçün yaxşı keçdi. Bu vaxta qədər qeydə alınan nəticələrdən razıyam. Bunu Şimali İrlandiya yığmasının futbolçusu Aaron Hyuz deyib. Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq. Şotlandiyanın "Harts" klubunda çıxış edən Hyuz Bakıda meydana çıxsa, yığmada 106-cı oyununu keçirmiş olacaq.

Millimizin rəqibi məğlub oldu, Rusiyadan 3 cavabsız qol

6 İyun 2017 13:41

Dünən yığma komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar.  Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Çexiya Belçika ilə üz-üzə gəlib. Görüş daha güclü futbolçulardan təşkil edilən belçikalıların minimalhesablı qələbəsi ilə nəticələnib. Mundiala ev sahibliyi edəcək Rusiya Macarıstanın qapısından 3 cavabsız top keçiribsə, Türkiyə yığması Makedoniya ilə qolsuz bərabərə qalıb.

La Liqaya vəsiqə qazanan növbəti klub müəyyənləşdi

5 İyun 2017 19:00

Növbəti mövsümdə La Liqada mübarizə aparacaq daha bir komanda bəlli olub. Sequndanın 41-ci turunda səfərdə "Saragosa" ilə qolsuz bərabərə qalan "Girona", 86 illik tarixi ərzində ilk dəfə La Liqaya vəsiqə qazanıb. Kataloniya təmsilçisi mövsümün bitiminə bir tur qalmış 2-ci yeri özü üçün təmin edib.

"Qarabağ” Nazarovu Azərbaycana gətirmək istəyir

5 İyun 2017 18:55

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ", hələ ki, futbolçu transfer etməyib. Bir neçə futbolçu ilə yollarını ayıran Ağdam klubu seçmə futbolçuları sıralarına cəlb etmək istəyir.

Messi: ""Real"la oyundan sonra Enrike mənə dedi ki..."

5 İyun 2017 18:50

"Barselona"nın futbolçusu Lionel Messi sabiq baş məşqçisi Luis Enrike ilə bağlı açıqlama verib. Argentinalı hücumçu deyib ki, ötən mövsüm La Liqanın 32-ci turunda "Real"la oyundan (3:2) sonra L.Enrike ona ən yaxşı futbolçu olduğunu söyləyib: "Real" matçda sonra Enrike mənə futbol tarixinin ən yaxşı oyunçusu olduğumu dedi".

PSJ Alleqrinin xidmətlərində maraqlıdır

5 İyun 2017 18:50

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri PSJ-nin maraq dairəsində qalmaqda davam edir. Paris klubu ona illik 10 milyon avro məvacib verməyə hazırdır. Alleqrinin hazırki məvacibi 5.5 milyon avro təşkil edir. 49 yaşlı mütəxəsis 7 iyunda "Yuventus"un baş direktoru Beppe Marotta ilə görüşəcək.

"Bəlkə də, o biri həyatımda buna nail olaram"

5 İyun 2017 18:47

"Milan"ın gənc qapıçısı Canluici Donnarumma İtaliya mətbuatına müsahibəsində maraqları və qorxuları barədə danışıb. 18 yaşlı qolkiper bunları deyib:  "Mən tennisçi olmaq istəyirdim. Bəlkə də, o biri həyatımda buna nail olaram. Mən təyyərədə uçmaqdan qorxuram. Bu normaldır. Əvvəl az qorxurdum, indisə bu qorxum artıb".

AFFA Danimarkada oynayan türk futbolçunu milliləşdirdi

5 İyun 2017 18:46

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyunun 9-dək Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında olacaq. AFFA-nın rəsmi saytı xəbər verir ki, toplanışa aşağıda adları qeyd olunan futbolçular daxil edilib: Fəhmin Muradbəyli, Sənan Əlizadə (hər ikisi "Neftçi"), Eltun Turabov, Mahir Mədətov, Elgün Uluxanov (hamısı "Qarabağ"), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Yusif Nəbiyev (hamısı "Sumqayıt"), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı "İnter" Bakı), Qismət Alıyev ("Qəbələ"), İlyas Səfərzadə ("Kəpəz"), Alen Askerov ("NK Novigrad", Xorvatiya), Onur Albayrak ("Hobro IK", Danimarka), Budaq Nəsirov ("Sporting", Portuqaliya), Serkan Baloglu ("Shtutgart", Almaniya), Mustafa Ozhitay ("SSV Ulm 1846", Almaniya). 

"Formula-1" ilə əlaqədar bəzi metro stansiyaları və avtobuslar 20 saat işləyəcək

5 İyun 2017 16:54

23-25 iyun tarixlərində Bakının mərkəzi küçələrində baş tutacaq "Formula-1" Azərbaycan Qran-pisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən "F1 şəhərciyi"nə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları məlum olub.

Nəriman Abdullayev Avropa çempionatı ilə bağlı hədəfi açıqlayıb

5 İyun 2017 15:36

Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev komandanın Avropa çempionatına hazırlığını dəyərləndirib. O bildirib ki, iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək yarış üçün təlim-məşq toplanışları plan üzrə uğurla davam edir: “Hazırlığın ilk mərhələsini uğurla başa vurduq. Bakıda təşkil olunan məşqlərdə komandaya köməkçi boksçular da cəlb edilmişdi. Fiziki hazırlıqlarla yanaşı, sınaq döyüşləri də keçirdik və deyə bilərəm ki, komanda Avropa çempionatına hazırdır”.

“Təmiz Şəhər” ASC birincidir

5 İyun 2017 13:47

İqtisadiyyat Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı başa çatıb.

Transfer rekordunu real qıracaq - 115 milyon

5 İyun 2017 12:17

La Liqada və Çempionlar Liqasında çempion olan "Real" transfer çalışmalarına start verir. İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Kral Klubu"nun transfer siyahısının ilk pillələrində Eden Hazırd yer alıb. Belçika millisinin üzvü özü də "Real"da oynamaq istəyir. Yalnız "Çelsi"nin razılığını almaq lazımdı ki, ispanlar bunun üçün qarşı tərəfə 115 milyon avro təklif edir. London klubu böyük ehtimalla təklifi qəbul edəcək. Bu baş versə, Eden Hazard dünyanın ən bahalı transferi olacaq. Hazırda bu titul "Mançester Yunayted"in "Yuventus"dan 110 milyon avroya aldığı Paul Poqbaya məxsusdu. 

"Mançester Yunayted" üçün "Brexit" xoşagəlməz nəticə verə bilər

2 İyun 2017 18:50

Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit) Premyer Liqanın bir sıra böyük klublarının planlarını pozub. Bunların arasında "Mançester Yunayted" də var. "Qırmızı şeytanlar" Avropanın 16-17 yaşlı gənc istedadlarını ələ keçirmək imkanından məhrum olunmaqdan ehtiyat edir. Avropa İttifaqına daxil olan klublar bu yaşda olan futbolçuları almaq və satmaq hüququna malikdir. Aİ üzvü olmayan ölkələr isə 18 yaşdan etibarən futbolçu qeydiyyatdan keçirə bilər.