İdman
"Milan" 2 futbolçuya 50 milyon avro xərcləyəcək
"Milan" "Lazio"dan 2 futbolçunun transfer etməyə yaxındır. "Rossoneri" Keyta Balde və Lukas Biqliyanı 50 milyon avro qarşılığında heyətinə qatmaqla bağlı paytaxt klubu ilə razılığa gəlib. Eyni zamanda bonus ödəmələri də nəzərdə tutulub. "Milan"ın qarşısında duran əsas vəzifə Keyta Baldeni yola gətirməkdir.
Azərbaycan yığmasının yeni forması
Azərbaycan millisi bundan sonra "Nike" istehsalı olan formadan istifadə edəcək.
“Qarabağ” klubunun 6 rəqibi var
"Çitro "Trapani"də daha 1 qala bilər, amma bunu istəmir. Çünki komanda növbəti mövsümdən C seriyasında yer alacaq". Bu sözləri italiyalı menecer Alberto Berqossi deyib. O, ölkəsinin mətbuatına açıqlamasında "Qarabağ"ın transfer siyahısında yer alan Nikola Çitronun gələcək karyerasını dəyərləndirib. 28 yaşlı hücumçunun agenti funksiyasını yerinə yetirən Berqossi bildirib ki, Çitronun "Trapani"də qalmaq ehtimalı yoxdu: "Nikolaya hələ ötən mövsümdən təkliflər gəlir. İnanıram ki, o, özü üçün ən doğru qərarı qəbul edəcək və yeni klubuna keçidi xeyrinə olacaq".
Messi otel sahibi oldu
"Barselona" ilə yeni müqaviləni razılaşdıran Lionel Messi İspaniyada otel alıb. Argentinalı forvardın yeni oteli Barselonanın 40 km cənub-qərbində yerləşir. 30 yaşlı hücumçunun Sitjes qəsəbəsində olan 4 ulduzlu yeni otelinin qiyməti təxminən 30 milyon avro dəyərindədir. 2013-cü ildə inşa edilən binada 77 otaq mövcuddur. Dəniz kənarında yerləşən otelin bir gecəsi 250-300 avro təşkil edir.
Messi Ronaldu haqda: "Bizi üz-üzə qoymaq..."
Həm Ronaldu, həm də mən bir-birimizin oyunundan əlavə güc alırıq. Bizi üz-üzə qoymaq istəyənlərdən xəbərdarıq və bundan narahat deyilik. Bu sözləri Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi deyib. Sabah Braziliya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Argentina millisi qarşılaşmanın hazırlıqlarını Çində keçirib. "Tanqoçular"ın kapitanı jurnalistlərə müsahibəsində əvvəlcə "Real"ın hücumçusu Kriştianu Ronaldu ilə müqayisəsinə münasibət bildirib.
Türkiyəni şoka salacaq transfer
Türkiyə çempionu "Beşiktaş" problemlə üzləşib. İstanbul klubu icarə müqaviləsi başa çatan Vinsent Abubakarı heyətdə saxlamağa çətinlik çəkir.Belə ki, "Portu" kamerunlu forvard üçün 10 milyon avro tələb edir. "Beşiktaş" isə bu məbləği ödəmək gücündə deyil. Ötən mövsüm Super Liqada 12 qol vurmuş futbolçu üçün rəhbərlik daha az məbləğ ödəmək niyyətindədi.
"Fənərbağça"nın ikinci transferi
"Fənərbağça" 2-ci transferini reallaşdırmaq üzrədir. İstanbul təmsilçisi "Lion"un yarımmüdafiəçisi Matye Valbuenanın transferini həll edib. Valbuena icarə əsasında 1 il "cim-bom"da çıxış edəcək.Bu keçid "Fənər"ə 4 milyon avroya başa gələcək.
Fernando Torresin bir ayağı "Beşiktaş"da
Gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Beşiktaş" ulduz futbolçu transferinə hazırlaşır. Türkiyə çempionu "Atletiko"nun hücumçusu Fernando Torreslə maraqlanır. "Ağ-qaralar"ın prezidenti Fikrət Orman mətbuata açıqlamasında "bir ulduz futbolçunu havayı gətirə bilərik" deyib. İstanbul nəhənginin diqqət mərkəzində olan oyunçunun "Atletiko" ilə müqavilə müddəti başa çatan Torresin olduğu müəyyənləşib.
"Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir"
"Arsenal"ın müdafiəçisi Ektor Belyerin "Mundo Deportivo" nəşrinə müsahibə verib. Gənc futbolçu "Barcelona"da yeni məşqçi təyinatı barədə sualı belə cavablandırıb. "İngiltərədə "Real" və "Barselona"dan başqa digər klubların oyunlarını izləmək çətindir. Buna baxmayaraq "Athletik"in oyunlarına baxmaq imkanım olub. Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir. O, rəhbərlik etdiyi komandalarda işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. O, "Barselona" üçün yaxşı məşqçidir".
""Real"ın seçdiyi yol düzgün deyildi"
"Real"ın portuqaliyalı müdafiəçisi Pepe yayda klubu tərk edəcəyini təsdiqləyib. Təcrübəli futbolçu "As" nəşrinə açıqlamasında bunları deyib: "Gələcəyim haqqında hələ yanvardan düşünməyə başlamışdım. Müqaviləmin bitməsinə 6 ay qalsa da, klub danışıqlara başlamaqda tələsmirdi.
Arda milli komandadan qovuldu
"Barselona"da çıxış edən Türkiyə millisinin kapitanı Arda Turanın Makedoniya matçından qayıdarkən jurnalist Bilal Meşeyə təyyarədə hücum edərək boğazından yapışıb, təhqir etdiyi haqda məlumat vermişdik. Hadisənin ardından Sloveniya düşərgəsində nələr olacağı maraqla gözlənilərkən Fatih Terim hər kəsi təəccübləndirəcək qərar verib.
"Borussiya"nın yeni baş məşqçisi məlum oldu
Dortmund "Borussiya"sına yeni baş məşqçi təyin edilib. Bundan əvvəl Niderlandın "Ayaks" klubunu çalışdıran Peter Boş artıq Almaniya komandasında işləyəcək. Mütəxəssislə iki illik müqavilə imzalanıb.
IV İslam Həmrəyliyi Oyunlarında uğur qazanan sərhədçilər mükafatlandırılıblar
“Sərhədçi” İdman Olimpiya Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, görüşdə qeyd olunub ki, ölkə idmanına daima öz layiqli töhfələrini verən “Sərhədçi” idman klubunun üzvləri Azərbaycan yığma komandasının tərkibində IV İslam Həmrəyliyi Oyunlarına qatılmış, 3 qızıl, 2 gümüş və 2 bürünc medalı qazanıblar.
"Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq"
"Bizim üçün həlledici şanslardan biridir. Bu baxımdan çox ciddi hazırlıq keçirik". Yığmamızın çalışdırıcısı Robert Prosineçki bunu "Belfast Telegraph"a açıqlamasında deyib. Xorvatiyalı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib: "Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq. Matça yaxşı köklənmişik.
Alleqri "Yuventus"la bağlı qərarını verdi
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib. Təcrübəli mütəxəssis "qoca sinyora"da qalmağı qərara alıb. PSJ-dən sərfəli təklif alan 50 yaşlı çalışdırıcı "Yuve" ilə yeni müqavilə bağlayaraq, söz-söhbətlərə son qoyub. Yeni sazişə görə, Alleqri 2019-cu ilin yayına qədər A seriyasının çempionunun "sükanı arxası"nda olacaq.














