İdman

Avroliqa iştirakçıları üz-üzə

13 İyun 2017 11:28

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün yoxlama görüşündə qüvvələrini sınayacaqlar. Avropa Liqasında ölkəmizi təmsil edəcək iki komanda "İnter"lə "Zirə" Boluda münasibətlərinə aydınlıq gətirəcək. Əslində "Zirə" bu gün Kamerunun "Kolombe Sportive" klubu ilə qarşılaşmalı idi. Lakin sonradan Bakı komandalarının üz-üzə gəlmələri qərara alınıb. Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

"Neftçi" 2 oyunçu transfer etdi

12 İyun 2017 19:00

"Neftçi" klubu iki futbolçu transferini rəsmiləşdirib. Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.

"Fənərbağça" fransalı yarımmüdafiəçini transfer etdi

12 İyun 2017 18:55

Türkiyənin "Fənərbağça" klubu Fransa "Lion"u ilə futbolçu Matyö Valbuenanın transferinə dair ilkin razılıq əldə edib. Rəsmi müqavilə transfer pəncərəsinin açılacağı iyunun 17-dən sonra imzalanacaq. Cinah hücumçusu mövqeyində və hücumçuların arxasında oynamağı bacaran 32 yaşlı oyunçu ilə müqavilənin müddəti və transfer məbləği hələlik açıqlanmır.

Terim Arda haqda: "Bu davadan heç kim xeyir görməyəcək"

12 İyun 2017 18:54

Arda Avropa çempionatından əvvəl Burakı müdafiə edərkən səsini bir az yüksəltmişdi. Mən də ondan səsinin tonunu aşağı salmağı istəmişdim. Mükafatları mən müəyyənləşdirmirəm. Bunlar oyun sayına görə müəyyən olunur.

İdmançımız qalib oldu

12 İyun 2017 16:30

Almaniyanın Herni şəhərində kikboksinq idmanını K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edirdi. Azərbaycanı bu yarışda Royal Fight klubunun professional idmançısı Şikar Bədəlov təmsil edirdi. 75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə Alman rəqibini 3-cü raundda texniki nakautla məğlub edərək yarışın qalibi olub.

Terim Arda haqda: "Bu davadan heç kim xeyir görməyəcək"

12 İyun 2017 14:31

Arda Avropa çempionatından əvvəl Burakı müdafiə edərkən səsini bir az yüksəltmişdi. Mən də ondan səsinin tonunu aşağı salmağı istəmişdim. Mükafatları mən müəyyənləşdirmirəm. Bunlar oyun sayına görə müəyyən olunur.

Türkiyə millisinin üzvü saxlanıldı

12 İyun 2017 14:05

Türkiyə millisinin hücumçusu Enes Ünal gözlənilməz hadisə ilə üzləşib. Gənc forvard ölkəsində polislər tərəfindən saxlanılıb.

Hakana 3 klub iddia edir

12 İyun 2017 14:04

"Bayer Leverkusen"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 3 klubun maraq dairəsinə düşüb. "Çelsi", "Latsio" və "Arsenal" 23 yaşlı havbeki transfer etmək niyyətindədir. İngilis klubları buna daha şanslıdır. "Latsio" isə Hakana əsas heyətdə oynamağa zəmanət verməklə onu cəlb etməyə çalışır.

Sərbəst güləşçilər Tbilisidən medalla qayıdıb

12 İyun 2017 13:58

Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

İker Kasilyas A Seriyasına gedə bilər

12 İyun 2017 13:34

"Porto"nun təcrübəli qapıçı İker Kasilyas karyerasının İtaliyada davam etdirə bilər. 36 yaşlı qolkiper "Napoli"yə təklif olunub. Xose Reyna bu yay Neapol klubunu tərk edə bilər.

"Bavariya"" fransalı futbolçuya görə 50 milyon avro ödəməli olacaq

12 İyun 2017 13:32

"Bavariya" gənc fransalı yarımmüdafiəçi Korenten Tolissonu transfer etməyə çalışır.  "Lion" 22 yaşlı havbekə görə 40-50 milyon avro tələb edir. "Bavariya" 35 milyon birbaşa, 15 milyon avro isə bonus kimi Fransa klubuna ödəməli olacaq. Tolisso "Lion"un öz yetirməsidir.

"Barselona" forması geyinənləri 15 ilədək həbs gözləyir - "Qətər Hava Yolları" reklamına görə

12 İyun 2017 13:14

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) maraqlı qərar qəbul edib. Bu ölkədə "Barselona" forması geyinənləri 15 ilədək həbs cəzası gözləyir. Buna səbəb isə formanın üzərindəki "Qətər Hava Yolları" reklamıdır.

Millimizin hücumçusu Superliqa klubu ilə anlaşdı

12 İyun 2017 12:35

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz karyerasını Türkiyədə davam etdirəcək.  "Bursaspor"un oyunçusu Superliqanın digər klubuna keçməyə hazırlaşır.Belə ki, Bursa klubunda əsas komandadan uzaqlaşdırılan və transferə çıxarılan 29 yaşlı forvard "Osmanlıspor"un formasını geyinməyə yaxındı.

"Barselona" 5 futbolçusunu transferə çıxartdı - SON SİYAHI

9 İyun 2017 16:09

"Barselona"nın bu yay göndərəcəyi futbolçuların son siyahısı bəllidir. Kataloniyalılar 5 oyunçu ilə vidalaşmaqda qərarlıdır. Rəhbərlik yeni çalışdırıcı Ernesto Valverdenin istəmədiyi Arda Turan kimi, Rafinyanı da 30 milyon avroya satmağa hazırdır.

Pike: "Yoxsa, məni separatçı hesab edirsiniz?"

8 İyun 2017 18:49

İspaniya - Kolumbiya (2:2) oyunu zamanı Pike yenidən azarkeşlər tərəfindən fitə tutulub. Katalon müdafiəçi matçdan sonra jurnalisləri bu məsələni qızışdırmaqda ittiham edib. "Buna niyə diqqət yetirirlər? Futbol haqqında danışmaq mümkün deyil? Siz jurnalistlər buna o qədər əhəmiyyət verirsiniz ki, 1 il yarımdır ancaq bu barədə sual verirsiniz. Son vaxtlar bu hal səngimişdi. Media isə sorğu keçirdi ki, Pikeni fitə tutmaq olar, ya yox. Məni separatçı hesab edirsiniz? Heç vaxt separatizm barədə danışmamışam. İspaniya millisində çıxış etdiyimə görə xoşbəxtəm və buna layiq olduğumu oyunla göstərməyə çalışıram".