İdman
Türkiyədə ilin transferi: "Real"ın 60 milyonluq ulduzu...
"Beşiktaş" "Real"ın ulduzu Kərim Benzemanı heyətinə qatır. Bu barədə Türkiyə mediası məlumat yayıb. Bir neçə gün əvvəl Fatih bələdiyyəsinin dəvəti ilə Türkiyədə iftara qatılan fransalı futbolçu "Beşiktaş"ın prezidenti Fikret Ormanla görüşüb. İddiaya görə, gecə saatlarında klubun bazasında baş tutan görüşdə bəzi müzakirələr aparılıb.
Slovakiya çempionu Ramil Şeydayevi "Trabzonspor"dan birdəfəlik alacaq
Slovakiyanın "Jilina" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin transfer hüququnu ələ keçirmək istəyilə Türkiyə "Trabzonspor"una müraciət edib. 21 yaşlı hücumçu üçün "bordo-mavililər"ə 500 min avro təklif olunub. "Trabzonspor" isə 2 milyon avro istəyib. Lakin Türkiyə təmsilçisi oyunçunun çox da bazarlıq etmədən ən münasib şərtlərlə verilməsini qərara alıb.
"Barselona" transfer bombasını partladır - 70 milyon...
"Barselona" "Bavariya"nın ulduzunu transfer edir. Fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubu Renato Sançesi heyətinə qatır. Məlumata görə, Portuqaliya millisinin üzvünü "Mançester Yunayted" də istəyir. Hətta İngiltərə klubu təklif də göndərib. Lakin futbolçu "Barselona"ya görə "Mançester Yunayted"də oynamaqdan imtina edib. "Bavariya"nın 19 yaşlı yarımmüdafiəçi üçün 70 milyon avro istədiyi bildirilir.
Yığmamız “Heydər Əliyev kuboku-2017”ni 19 medalla başa vurub
Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri başa çatıb. 4 gün davam edən yarışda bu gün baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.
"Fənərbağça" futbolçusu "Valensiya"ya gedir
"Fənərbağça" Ozan Tufanı "Valensiya" klubuna göndərir. Türkiyəli yarımmüdafiəçi 1 il "yarasalar"ın heyətində icarədə oynayacaq. Mövsüm başa çatanda sonra ispanlar 15 milyon avroya onun transfer hüquqlarına yiyələnə bilərlər. "Valensiya" ötən mövsüm La Liqanı 12-ci pillədə başa vurub. "Fənərbağça" ilə bu klubu tək Ozan Tufan bağlamır. "Sarı lacivərdlilər"in futbolçusu Mehmet Topal 2012-ci ildə "Valensiya"dan gəlmişdi. Nani isə ötən yay İstanbul klubundan "yarasalar"a qoşulmuşdu.
Renan Alveş karyerasını Serbiyada davam etdirəcək
Renan Alveş "Kəpəz"dən rəsmən ayrılıb. Fransa I Liqasında mübarizə aparan "Amiens" klubuna keçidi baş tutmayan Renan karyerasını Serbiyada davam etdirəcək. 24 yaşlı müdafiəçi "Vojvodina" klubuna keçib. Onunla 2 illik müqavilə imzalanıb. Braziliyalı müdafiəçi "Kəpəz"ə Portuqaliyanın "Gil-Visente" klubundan gəlmişdi.
Arda qumarda 2 lüks maşının pulunu uduzdu
Son vaxtlar başı qalmaqallardan açılmayan "Barselona"nın yarımmüdafiəçisi Arda Turanla bağlı daha bir iddia ortaya atılıb. Türkiyəli futbolçunun qumarda külli miqdarda pul uduzduğu bildirilir. Belə ki, Kataloniya radiosunun əməkdaşı Xavi Kampos 30 yaşlı oyunçunun kazinoda bir neçə saat qumar oynadığını və müəyyən məbləğdə pul itirdiyini söyləyib. O, Ardanın həmin məbləği qaytarmaq üçün yenidən oynadığını, nəticədə 2 lüks avtomobilin pulunu uduzduğunu vurğulayıb.
Prosineçkini əvəzləyən baş məşqçi bəlli oldu
"Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. "Ağ-yaşıllar" Pol Le Quenlə anlaşıblar. Uzun müddət Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqlar aparan Superliqa təmsilçisinin bu arzusu baş tutmayınca, rəhbərlik yeni çalışdırıcını başqa ölkədə tapıb.
"Roma" millinin kapitanını transfer etdi
İtaliyanın "Roma" klubu heyətinə yeni oyunçu cəlb edib. Paytaxt təmsilçisi PSV-dən Hektor Morenonu transfer edib. Meksika millisinin kapitanı ilə 2 illik müqavilə imzalanacağı nəzərdə tutulub.
""Atletik" niyə Asensionu transfer etmədi?"
İspaniya millisinin sabiq baş məşqçisi Xavyer Klemente "Real"ın gənc ulduzu Marko Asensio barədə danışıb. Təcrübəli mütəxəsis "Atletik"i onu transfer etmədiyinə görə tənqid edib.
Muarem Muarem "Qarabağ"dan ayrıldı
"Qarabağ"da uzun müddət çıxış edən makedoniyalı futbolçu Muarem Muarem Ağdam klubunu tərk edib. Verən yarımmüdafiəçi özü bunu təsdiq edib. O bildirib ki, yeni təklifləri dəyərləndirir.
Polşa çempionatının bombardiri Azərbaycan klubunda oynaya bilər
Polşa Ekstraklasasında çıxış edən "Jagellonia" klubunun yarımmüdafiəçisi Konstantin Vasilyevkaryerasını Azərbaycanda davam etdirə bilər. Onunla maraqlan klub avrokuboklarda mübarizə aparan komandadır. Vasilyev isə açıqlmasında bildirib ki, tez qərar vermək istəmir.
İngilis klubları yunan müdafiəçi ilə maraqlanır
"Mançester Yunayted" Lindelöfdən sonra müdafiə xəttinə daha bir futbolçu transfer etmək niyyətindədir. Söhbət "Borussiya Dortmund"un üzvü Sokratis Papastatopulosdan gedir. "Qrmızı şeytanlar" yunan müdafiəçiyə görə hələlik rəsmi təklif göndərməyib.
FİFA afrikalıları cəzalandıra bilər
Qana Futbol Federasiyası FİFA tərəfindən cəzalandırıla bilər. Buna səbəb 2019 Afrika Millətlər Kubokunun seçmə mərhələsndə baş tutan Qana - Efiopiya (5:0) matçında Asamoah Qyanın kapitanlıq sarğısı üzərində "yaradıcı təxəyyülü"nü nümayiş etdirməsidir.
"Karyeramı başa vuranda Portuqaliya etibarlı əllərdə olacaq"
Portuqaliya millisi və "Real"ın hücumçusu Kriştianu Ronaldu iyunun 12-də "Porto"dan "Milan"a transfer olunan Andre Silvanın potensialını yüksək qiymətləndirib. Ulduz futbolçu bunları deyib: "Mən karyeramı başa vuranda Portuqaliya etibarlı əllərdə olacaq. Komandanın artıq böyük hücumçusu var. Bu Andre Silvadır".



.jpg)










