İdman

"Roma" millinin kapitanını transfer etdi

13 İyun 2017 18:02

İtaliyanın "Roma" klubu heyətinə yeni oyunçu cəlb edib. Paytaxt təmsilçisi PSV-dən Hektor Morenonu transfer edib. Meksika millisinin kapitanı ilə 2 illik müqavilə imzalanacağı nəzərdə tutulub.

""Atletik" niyə Asensionu transfer etmədi?"

13 İyun 2017 15:02

İspaniya millisinin sabiq baş məşqçisi Xavyer Klemente "Real"ın gənc ulduzu Marko Asensio barədə danışıb. Təcrübəli mütəxəsis "Atletik"i onu transfer etmədiyinə görə tənqid edib.

Muarem Muarem "Qarabağ"dan ayrıldı

13 İyun 2017 15:01

"Qarabağ"da uzun müddət çıxış edən makedoniyalı futbolçu Muarem Muarem Ağdam klubunu tərk edib. Verən yarımmüdafiəçi özü bunu təsdiq edib.  O bildirib ki, yeni təklifləri dəyərləndirir. 

Polşa çempionatının bombardiri Azərbaycan klubunda oynaya bilər

13 İyun 2017 13:41

Polşa Ekstraklasasında çıxış edən "Jagellonia" klubunun yarımmüdafiəçisi Konstantin Vasilyevkaryerasını Azərbaycanda davam etdirə bilər. Onunla maraqlan klub avrokuboklarda mübarizə aparan komandadır. Vasilyev isə açıqlmasında bildirib ki, tez qərar vermək istəmir.

İngilis klubları yunan müdafiəçi ilə maraqlanır

13 İyun 2017 13:18

"Mançester Yunayted" Lindelöfdən sonra müdafiə xəttinə daha bir futbolçu transfer etmək niyyətindədir. Söhbət "Borussiya Dortmund"un üzvü Sokratis Papastatopulosdan gedir. "Qrmızı şeytanlar" yunan müdafiəçiyə görə  hələlik rəsmi təklif göndərməyib.

FİFA afrikalıları cəzalandıra bilər

13 İyun 2017 13:17

Qana Futbol Federasiyası FİFA tərəfindən cəzalandırıla bilər. Buna səbəb 2019 Afrika Millətlər Kubokunun seçmə mərhələsndə baş tutan Qana - Efiopiya (5:0) matçında Asamoah Qyanın kapitanlıq sarğısı üzərində "yaradıcı təxəyyülü"nü nümayiş etdirməsidir.

"Karyeramı başa vuranda Portuqaliya etibarlı əllərdə olacaq"

13 İyun 2017 13:16

Portuqaliya millisi və "Real"ın hücumçusu Kriştianu Ronaldu iyunun 12-də "Porto"dan "Milan"a transfer olunan Andre Silvanın potensialını yüksək qiymətləndirib. Ulduz futbolçu bunları deyib: "Mən karyeramı başa vuranda Portuqaliya etibarlı əllərdə olacaq. Komandanın artıq böyük hücumçusu var. Bu Andre Silvadır".

Avroliqa iştirakçıları üz-üzə

13 İyun 2017 11:28

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klubları bu gün yoxlama görüşündə qüvvələrini sınayacaqlar. Avropa Liqasında ölkəmizi təmsil edəcək iki komanda "İnter"lə "Zirə" Boluda münasibətlərinə aydınlıq gətirəcək. Əslində "Zirə" bu gün Kamerunun "Kolombe Sportive" klubu ilə qarşılaşmalı idi. Lakin sonradan Bakı komandalarının üz-üzə gəlmələri qərara alınıb. Görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

"Neftçi" 2 oyunçu transfer etdi

12 İyun 2017 19:00

"Neftçi" klubu iki futbolçu transferini rəsmiləşdirib. Müdafiəçi Məhəmməd Mirzəbəyov və qapıçı Rəşad Əzizli ilə müqavilə imzalanıb.

"Fənərbağça" fransalı yarımmüdafiəçini transfer etdi

12 İyun 2017 18:55

Türkiyənin "Fənərbağça" klubu Fransa "Lion"u ilə futbolçu Matyö Valbuenanın transferinə dair ilkin razılıq əldə edib. Rəsmi müqavilə transfer pəncərəsinin açılacağı iyunun 17-dən sonra imzalanacaq. Cinah hücumçusu mövqeyində və hücumçuların arxasında oynamağı bacaran 32 yaşlı oyunçu ilə müqavilənin müddəti və transfer məbləği hələlik açıqlanmır.

Terim Arda haqda: "Bu davadan heç kim xeyir görməyəcək"

12 İyun 2017 18:54

Arda Avropa çempionatından əvvəl Burakı müdafiə edərkən səsini bir az yüksəltmişdi. Mən də ondan səsinin tonunu aşağı salmağı istəmişdim. Mükafatları mən müəyyənləşdirmirəm. Bunlar oyun sayına görə müəyyən olunur.

İdmançımız qalib oldu

12 İyun 2017 16:30

Almaniyanın Herni şəhərində kikboksinq idmanını K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edirdi. Azərbaycanı bu yarışda Royal Fight klubunun professional idmançısı Şikar Bədəlov təmsil edirdi. 75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə Alman rəqibini 3-cü raundda texniki nakautla məğlub edərək yarışın qalibi olub.

Terim Arda haqda: "Bu davadan heç kim xeyir görməyəcək"

12 İyun 2017 14:31

Arda Avropa çempionatından əvvəl Burakı müdafiə edərkən səsini bir az yüksəltmişdi. Mən də ondan səsinin tonunu aşağı salmağı istəmişdim. Mükafatları mən müəyyənləşdirmirəm. Bunlar oyun sayına görə müəyyən olunur.

Türkiyə millisinin üzvü saxlanıldı

12 İyun 2017 14:05

Türkiyə millisinin hücumçusu Enes Ünal gözlənilməz hadisə ilə üzləşib. Gənc forvard ölkəsində polislər tərəfindən saxlanılıb.

Hakana 3 klub iddia edir

12 İyun 2017 14:04

"Bayer Leverkusen"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 3 klubun maraq dairəsinə düşüb. "Çelsi", "Latsio" və "Arsenal" 23 yaşlı havbeki transfer etmək niyyətindədir. İngilis klubları buna daha şanslıdır. "Latsio" isə Hakana əsas heyətdə oynamağa zəmanət verməklə onu cəlb etməyə çalışır.