İdman

"Qarabağ"ın rəqibindən əzmkar qələbə

21 İyun 2017 11:29

Gürcüstan çempionatında XVIII tura start verilib. "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Samtredia" öz meydanında "Dila"nı qəbul edib. Matçın gedişində qonaqlar iki dəfə hesabda önə keçmələrinə baxmayaraq, bərabərliyi təmin edən Gia Tsetzadzenin yetirmələri son 10 dəqiqədə məğlubiyyətdən qaçmaq bir tərəfə, hətta qələbə də qazana bilib. Belə ki, öncə 81-ci dəqiqədə status-kvonu bərpa edən "Samtredia" rəqibin meydanda azlıqda qalmasından yararlanaraq, 88-ci dəqiqədə 3 xalı gətirən qolu vurub. Bu qalibiyyət sayəsində turnir cədvəlində 3-cü pillədəki mövqeyini möhkəmlədən Azərbaycan çempionunun rəqibinin aktivində 33 xal var.

Peresdən Neymar etirafı

21 İyun 2017 11:13

"Real"ın prezidenti Florentino Peres "Barselona"nın futbolçusu Neymarla bağlı etiraf edib. Peres Neymarı transfer etmək istədiklərini, ancaq buna nail olmadıqlarını deyib: "Neymar 2013-cü ildə "Real"da tibbi baxışdan da keçdi. Biz onu Madridə gətirmək üçün çox cəhd göstərdik. Amma sonradan bunun real olmadığını görüb, istəyimizdən vaz keçdik". 

"Qəbələ" Kiyev "Dinamo"su ilə qarşılaşacaq

20 İyun 2017 19:00

Avropa Liqasında mübarizə aparacaq "Qəbələ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. "Qırmızı-qaralar" hazırlığın ikinci mərhələsində daha 3 yoxlama görüşü keçirəcək. Rəqiblərdən ikisinin adı və oyunların keçirilmə tarixi artıq müəyyənləşib. Baş məşqçi Roman Qriqorçuk ilk olaraq iyunun 30-da Albaniya klubu "Kukesi" ilə görüşdə yetirmələrini sınayacaq. Premyer Liqanın gümüş mükafatçısı iyulun 4-də isə Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.

"Neymar məni "Barselona"ya dəvət edirdi"

20 İyun 2017 18:55

"Real Madrid"in müdafiəçisi Danilo 2015-ci ildə "Barselona"dan da təklif aldığını bildirib. Həmin vaxt "Porto"da çıxış edən müdafiəçi həmyerlisi Neymar tərəfindən katalon klubuna dəvət olunduğunu qeyd edib.

Yığmamızın oyunçusu Türkiyə klubu ilə müqavilə bağladı

20 İyun 2017 18:50

Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova karyerasını Türkiyədə davam etdirəcək. 19 yaşlı hücumçu "Bursa Böyükşəhər Bələdiyyəspor" klubu ilə müqaviləsini yeniləyib. 179 sm boya malik Başnakova heyətində "Çelenc Cup"ı qazandığı komanda ilə 1 illik anlaşmaya imza atıb.  

"Apreldə də yarış keçirə bilərik" - Nigar Arpadarai

20 İyun 2017 18:35

"Bakı Şəhər Halqası üçün "Formula-1" yarışlarının aprel ayında keçirilməsi ilə bağlı heç bir problem yoxdur". Bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib. "Bu, hələlik ilkin variantdır. Dəyişikliklərin olacağını istisna etmirəm. Bakı Şəhər Halqası üçün yarışların aprel ayında keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Yarışların istənilən mövsüm keçirilməsi üçün hər bir şərait var. BŞH olaraq yarışların başqa vaxta keçirilməsi ilə bağlı Beynəlxalq Avtomobil Federasiyasına (FİA) müraciət etməyi düşünmürük", - deyə BŞH rəsmisi qeyd edib. 

Ronaldu məhkəmə qarşısına çıxacaq

20 İyun 2017 17:01

Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu hakim qarşısına çıxacaq. Ulduz futbolçunun məhkəmə tarixi artıq müəyyənləşib. Vergidən yayınmaqda ittiham olunan və həbsi tələb edilən 32 yaşlı forvardın məhkəməsi iyulun 31-də baş tutacaq. Onun "Real"da qalıb-qalmayacağının məhkəmə qərarından asılı olacağı da istisna deyil.

Bulvar tribunasına olan biletlərin hamısı satıldı

20 İyun 2017 15:49

Bulvar tribunasına olan biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, bu, 2017 Formula 1 Azərbaycan Qran Prisindən əvvəl bütün biletlərin satıldığı sayca üçüncü tribunadır.

Erməni məşqçi Azərbaycan millisini təriflədi

20 İyun 2017 13:51

Heç bir təzyiq yox idi. Bacardığımız qədər oynadıq. Bunu kişi həndbolçulardan ibarət Ermənistan millisinin baş məşqçisi Ararat Barseqyan deyib.

"Şeydayev Azərbaycan millisini seçdiyinə peşman deyil"

20 İyun 2017 13:46

Danimarkanın "Orxus" klubunda çıxış edən Camaldin Xocaniyazov Rusiya mətbuatına müsahibə verib. Əslən türkmənistanlı olan futbolçu sabiq komanda yoldaşıRamil Şeydayev haqqında da danışıb:"Şeydayev Azərbaycan yığmasında çıxış etməkdən məmnundur. O, Azərbaycan millisində oynamaqdan zövq alır.

F-1 pilotu: “Bakıda sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm”

20 İyun 2017 12:51

“Mən Bakıya qayıtmağı və orada sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm”. Bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq “Sauber” komandasının sürücüsü Paskal Verlyayn deyib.

"Beşiktaş"a pis xəbər

20 İyun 2017 12:29

"Beşilktaş"da qalıb-qalmayacağı hələ dəqiqləşməyən Taliska üçün ölkəsində daha bir iddia ortalığa atılıb. Portuqaliyanın məşhur idman internet saytı "Ojobo"nun yazdığına görə, Jose Mourinyonun maraq dairəsinə düşən braziliyalı ulduz oyunçu "Mançester Yunayted" ilə razılaşıb və transfer yaxın zamanda reallaşacaq.

"Real" Ronaldonun yerinə kimi alacaq? - ŞOK SİYAHI

20 İyun 2017 11:27

Son günlər dünya mediasının gündəmindəki əsas mövzu Kriştiano Ronaldonun "Real"dan gedəcəyi ilə bağlı xəbərlərdi. Portuqaliyalı ulduzun Madrid klubundan ayrılmaq istədiyi, hətta artıq rəsmi təkliflərin olduğu bildirilir.

Karlos Sayns: "Qala divarlarının yanından keçmək insanı valeh edir"

20 İyun 2017 11:19

“Bakı və Monako şəhər traslarıdır, lakin onları müqayisə etmək olmaz. Məsələ onların birinin yaxşı, digərinin pis olmasında deyil. Onlar sadəcə çox fərqlidirlər". Bunu Formula 1 üzrə Azərbaycan Qran-Prisində mübarizə aparacaq "Toro Rosso" komandasının sürücüsü Karlos Sayns deyib.

Ronaldunu Pepe yoldan çıxarır?

19 İyun 2017 18:45

"Real Madrid"in futbolçuları Ronaldunu başqa kluba getmək fikrinə Pepenin saldığını güman edirlər. Onda Cero" Pepenin həmyerlisinə PSG-ni seçməyi məsləhət gördüyünü yazır. Mənbənin məlumatına əsasən təcrübəli müdafiəçi vergidən yayınma ilə əlaqədar ittihamda klub rəhbərliyinin Ronaldunu tək qoyduğunu ön plana çəkir.