"Qəbələ" Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Avropa Liqasında mübarizə aparacaq "Qəbələ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. "Qırmızı-qaralar" hazırlığın ikinci mərhələsində daha 3 yoxlama görüşü keçirəcək. Rəqiblərdən ikisinin adı və oyunların keçirilmə tarixi artıq müəyyənləşib. Baş məşqçi Roman Qriqorçuk ilk olaraq iyunun 30-da Albaniya klubu "Kukesi" ilə görüşdə yetirmələrini sınayacaq. Premyer Liqanın gümüş mükafatçısı iyulun 4-də isə Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qəbələ" Avstriya toplanışının 1-ci mərhələsinə iyunun 22-də Bolqarıstan çempionu "Ludoqorets"ə qarşı görüşlə yekun vuracaq. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31