İdman

"Barselona"nın futbolçusu İspaniya millisindən imtina edir

22 İyun 2017 13:20

"Barselona"nın hücumçusu Munir əl-Həddadi Mərakeş millisinin şərəfini qorumaq istəyir. 21 yaşlı futbolçu 2014-cü ilin sentyabrında İspaniya millisində debüt etdiyinə görə bu stəyi qeyri-mümkündür. Munir mayda mərakeş vətəndaşlığını qəbul etmək üçün sənəd imzalayıb.

Saşa: ""İnter" əvvəlki gücündə deyil"

22 İyun 2017 13:10

Uzun müddət "Neftçi"də çıxış etmiş, hazırda Qazaxıstanın "Okjetpes" klubunun şərəfini qoruyan serbiyalı qolkiper Saşa Stamenkoviç ölkəsinin mətbuatına açıqlama verib.

"Qəbələ"nin ilk mərhələdə son sınağı

22 İyun 2017 11:38

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün növbəti sınaq matçına çıxacaq. "Qırmızı-qaralar" Bolqarıstanın "Ludoqorets" klubu ilə üz-üzə gələcək. Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində məskunlaşmış təmsilçimiz 5-ci yoxlama matçını keçirəcək. Daha əvvəl yerli "Fulpmes" (8:0) və Rusiya Premyer Liqa təmsilçisi "Axmat"la (0:1) qarşılaşmış "qırmızı qaralar" hər oyun bir hissədən ibarət olan turnirdə isə "Vakker" (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

"Barselona": Verratti olmasın, Kondoqbia olsun

22 İyun 2017 11:30

PSJ-nin yarımmüdafiəçisi Marko Verrattini transfer etməkdə çətinlik çəkən "Barselona" rəhbərliyi diqqəti başqa futbolçuya yönəldib.  Kataloniya klubu alternativ variant kimi, "İnter"in üzvü Joffrey Kondoqbia ilə maraqlanır. "Barsa"nın transfer işləri ilə məşğul olan nümayəndəsi Ariedo Brayda qarşı tərəflə təmasa keçib. "İnter" rəsmiləri bu təklifi hələlik cavablandırmayıblar. Bununla belə, Kondoqbianın İspaniyaya köçmək ehtimalı yüksək dəyərləndirilir.

Ronaldunun meneceri "Barselona" ilə danışıqlara başladı

21 İyun 2017 18:55

Krişitanu Ronaldunun meneceri Xorxe Mendeş "Barselona" rəhbərliyi ilə görüşüb. Məşhur menecerin Barselonaya gedərək klub rəsmiləri ilə danışıqlar aparması müxtəlif şaiyələrə səbəb olub. Bildirilib ki, Mendeş "Real"dan ayrılmaq istəyən Ronaldu ilə bağlı danışıqlar aparıb. Amma "El Mundo Deportivo" görüşün portuqaliyalı futbolçu ilə bağlı olmadığını yazıb. Qəzetin əldə etdiyi məlumata görə, Mendeş "Barselona" rəhbərliyi ilə komandadan ayrılması gözlənilən Arda Turan və Andre Qomeslə bağlı görüşüb.

UEFA 2 klubla bağlı qərarını açıqladı

21 İyun 2017 18:45

UEFA  Almaniyanın "Leipzig" və Avstriyanın "Zalsburg" klublarının 2017/18 mövsümündə Çempionlar Liqasında oynamasına razılıq verib.

"Karabakh Vienna" Avstriyada üçüncü dəfə çempionluğa sahib oldu

21 İyun 2017 18:35

Avropada uğurlu çıxışıyla azarkeşlərimizi sevindirən "Karabakh Vienna" Avstriyanın Stadt Liqasında bütün rəqiblərini qabaqlayaraq çempionluq sevinci yaşayıb. Cari mövsüm digər klublardan daha yaxşı oyun sərgiləyən klub vaxtından əvvəl qızıl medalı təmin etməklə ölkənin Regional Liqasinda yüksəldi.

Anxel di Maria HƏBS olunur?

21 İyun 2017 18:11

"PSJ"də forma geyinən Anxel di Mariaya vergidən yayındığı üçün 1 il həbs və 2 milyon avro pul cəzası barədə qərar verilib. Həbs cəzası təxirə salınıb. Fransa klubunun argentinalı ulduzu "Real Madrid"də oynadığı dönəmdə 1,3 milyon avro vergidən yayınıbmış. 29 yaşlı oyunçu 2 milyon avroluq pul cəzasını ödəmək məcburiyyətindədir.

Konfederasiyalar Kuboku: Portuqaliya ev sahiblərinə qarşı

21 İyun 2017 15:21

Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də ikinci tura start veriləcək.

"Mançester Yunayed" müdafiəçisini satmağa hazırdır

21 İyun 2017 15:17

"Mançester Yunayed" yay fasiləsində Mateo Darmianı sata bilər. "Qırmızı şeytanlar" italiyalı müdafiəçiyə təxminən 18 milyon funt qiymət qoyub. Darmianın A Seriyasına qayıtmaq ehtimalı daha yüksəkdir. "İnter", "Roma" və "Yuventus" onu heyətində görmək istəyir. "Qoca senyora" Dani Alveşin mövqeyində yarana biləcək boşluğu 27 yaşlı futbolçu ilə doldurmaq fikrindədir. Turin klubunun digər namizədləri Joao Konselo, Dalinlo və Mattia De Şilyodur.

Argentinada 32-ci dəfə çempion oldular

21 İyun 2017 14:31

Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib. "Boka Yuniors" klubu mövsümün başa çatmasına iki tur qalmış birinci yeri rəsmiləşdirib. Bu, Buenos-Ayres təmsilçisinin ən yaxın izləyici "Banfild"in XXIX tur çərçivəsində səfərdə San-Lorensoya 0:1 hesabı ilə məğlubiyyətindən sonra dəqiqləşib. Hesabında 59 xal olan "Boka Yuniors" 54 xal toplayan "Banfild" üçün əlçatmaz olub.

"Sportinq" afrikalı hücumçunu heyətə qatdı

21 İyun 2017 13:27

Müqavilə ilə "Roma" klubuna məxsus olan Seydu Dumbiya karyerasını Portuqaliyada davam etdirəcək.  29 yaşlı hücumçu 2017/18 mövsümünü icarə əsasında "Sportinq"də keçirəcək. Lissabon klubu növbəti yay afrikalı forvardı 6 milyon avro qarşılığında daimi transfer etmək imkanına malik olacaq. O, ötən mövsüm "Basel"in şərəfini qorumuşdu. Dumbiyanın "Roma" ilə müqaviləsi 2019-cu ildə başa çatacaq. O, bir neçə gün əvvəl Championship-də çıxış edən "Hall Siti"nin təklifini rədd etmişdi.

"Arsenal"dan türk futbolçuya görə 30 milyon avro

21 İyun 2017 12:34

"Arsenal" Arda Turanın xidmətlərindən maraqlıdır. "Topçular" 30 yaşlı yarımmüdafiəçini 30 milyon avroya sıralarına qatmağa ümid edir. Onunla "İnter" və bəzi Çin klubları da maraqlanır.

Ronaldu həbsdən qaçmaq üçün...

21 İyun 2017 12:13

"Real"ın hücumçusu Kriştianu Ronaldu həbs olunmamağa çalışır. Vergidən yayınmaqda ittiham edilən portuqaliyalı borcunu ödəməyə hazırdır. Belə ki, 2011-2014-cü illər aralığında 14,8 milyon avro vergini gizlətdiyi iddiası ilə məhkəməyə çağırılan 32 yaşlı forvard həmin məbləği ödəmək qərarına gəlib. O, bu yolla hakimin qərarının yumşalacağını düşünür.

Felipe Massa: “Bakıdakı unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm”

21 İyun 2017 11:34

“Mən həqiqətən də gözəl bir ölkəyə və Bakıda şəhərin tam mərkəzində yerləşən unikal trekə yenidən qayıtmağı səbrsizliklə gözləyirəm”. Bunu Formula 1 üzrə Azərbaycan Qran Prisində mübarizə aparacaq “Williams” komandasının sürücüsü Felipe Massa deyib.