İdman

Messinin həbs cəzası cərimə ilə əvəzləndi

23 İyun 2017 14:28

İspaniyanın Ali Məhkəməsi "Barselona"nın ulduz futbolçusu Messiyə vergidən yayınmaqla bağlı cəzanı yumşaldacaq. Argentinalı hücumçunun 21 aylıq həbs cəzası əvəzinə 252 min avro cərimə ödəməsi yetərli olacaq. Messinin həbs cəzası da şərti xarakter daşıyırdı. İspaniya qanunlarına görə 2 ildən az azadlıqdan məhrum etmə cəzası cərimə ilə əvəzlənə bilər. Futbolçunun atası isə 180 min avro cərimə ödəyəcək. Prokurorluq da cəzanın əvəzlənməsinə etiraz bildirməyib.

Braziliyalılar "Barselona"dan narazıdırlar

23 İyun 2017 14:21

"Santos" klubu FİFA-ya müraciət etməyə hazırlaşır. Braziliya təmsilçisi "Barselona"nın transfer fəaliyyətindən narazıdı. İspaniya nəhənginin yarımmüdafiəçi Lukas Lima ilə anlaşması braziliyalıların narazılığına səbəb olub. Məsələ burasındadı ki, 2017-ci il, dekabrın 31-də "Santos"la müqavilə müddəti başa çatacaq Lima artıq "Barselona" ilə 5 illik müqaviləni razılaşdırıb və gələn ildən kataloniyalıların formasını geyinəcək. Lakin FİFA-nın reqlamentinə görə, "Barsa" iyulun 1-dək 27 yaşlı futbolçu ilə anlaşa bilməz. "Santos" rəhbərliyi də göstərilən vaxtdan 10 gün tez davranan ispanların cəzalanması üçün ali futbol qurumuna müraciət edəcək.  

"Mançester Yunayted"dən braziliyalı müdafiəçiyə görə 70 milyon avro

23 İyun 2017 13:34

"Mançester Yunayted" müdafiə xəttinə daha bir transfer etmək niyyətindədir. "Qırmızı şeytanlar" PSJ klubuna Markinyosun transferinə görə 70 milyon avro təklif edib. Braziliyalı müdafiəçini "Barselona" da uzun müddətdir heyətinə qatmaq arzusundadır.

Çin yığması Almaniya Regional Liqasında mübarizə aparacaq

23 İyun 2017 13:33

Almaniya və Çin futbol federasiyaları arasında əməkdaşlıq haqqında razılıq əldə olunub. Bu müqaviləyə əsasən Çinin U-20 yığması 2017/18 mövsümündə Almaniya Regional Liqasında bir neçə klubla oyun keçirəcək.

"Qəbələ" Bolqarıstan çempionuna uduzdu

23 İyun 2017 13:23

Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" növbəti yoxlama oyununu keçirib.  "Qırmızı-qaralar" Bolqarıstan "Ludogorets"i ilə qarşılaşıb. Baş məşqçi Roman Qriqorçuk görüşdə aşağıdakı start "11-liy"inə şans verib: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Elvin Məmmədov, Filip Ozobiç, Baqali Dabo.Oyunun gedişində Desmond Asare Camalovu, Araz Abdullayev Dabonu, Xavyer Ernandes Qonzales Elvin Məmmədovu, Rasim Ramaldanov Abbasovu, Aqil Məmmədov Bezotosnını əvəzləyib.

Formula 2 sərbəst yürüşlərində qəza İki pilot mübarizəni dayandırdı

23 İyun 2017 12:44

Bakıda keçirilən Formula-2 avtomobil yarışlarının sərbəst yürüşü zamanı “Trident” komandasının malayziyalı pilotu Nəbil Ceffrinin bolidi dayanıb. Trasın ortasında qalan bolid təxliyə edilib.

Universitetin İdman Klubu Dağçılıq düşərgəsində

23 İyun 2017 12:01

Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak edib. Universitetdən “Olaylar” – a bildirilir ki, Qax rayonu ərazisində təşkil olunmuş Dağçılıq Təlimləri Düşərgəsində fərqli yaş qruplarından olan iştirakçılara 5 gün ərzində təməl dağçılıq dərsləri keçilib. Təlimlərdə Qərb Universitetinin tələbələri də aktiv şəkildə iştirak ediblər.

Azərbaycan Formula 1 Qran Prisinə necə hazırlaşdı?

23 İyun 2017 11:48

Paytaxt Bakı ikinci Formula 1 yarışına ev sahibliyi etməyə hazırdır. Yarış həftəsonuna adətən cümə axşamı start verilsə də, bu dəfə cədvəldə dəyişiklik var. Paytaxt Bakı Formula 1 komandalarını, sürücülərini və yarış həvəskarlarını qarşılamaqdan böyük məmnunluq duyur. Müasir texnologiyaya cavab verən bolidlərin xarakterik yarış səsi Bakı küçələrində hər gün eşitdiyimiz maşın uğultusunu əvəz edəcək. Şəhər heç vaxt belə həyəcanlı görünməyib - yerli əhali və əcnəbi turistlərin ürəyi əsrarəngiz yarış gözləntisi ilə döyünür.

Gənc güləşçilərin Avropa çempionatı keçiriləcək

23 İyun 2017 11:43

27 iyun - 2 iyul tarixlərində Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, ilk iki yarış günündə gənc sərbəst güləşçilər mübarizə aparacaq. Böyük məşqçi Saypulla Absadiov və məşqi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda ölkəmizi Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Abubakr Abakarov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) təmsil edəcək. Çempionatın 3 və 4-cü günlərində gənc qızlar arasında qaliblər müəyyənləşəcək.

"Bakıda yeni imkanlar qazana bilərik" - Maks Ferstappen

22 İyun 2017 18:50

"Hələ lap gənc yaşlarımdan Formula 1 yarışlarında uğur qazanmaq mənim arzum idi. Atam da bu idman növü ilə məşğul olub. Bu yarış mənim üçün həyat deməkdir. Burada qalib olmaq mənim ən başçıla məqsədimdir".

Çexiya klubu "Neftçi"də icarədə olan futbolçusunu geri qaytardı

22 İyun 2017 16:48

Çexiyanın "Slovan" klubu "Neftçi"də icarə müddəti başa çatan futbolçusu Zdenek Folpexti geri qaytarıb. Bu barədə Liberets komandasının baş məşqçisi İndrjix Trpişovski açıqlama verib. O bildirib ki, 26 yaşlı yarımmüdafiəçi yaxın vaxtlarda "Slovan"ın heyətində növbəti mövsümün hazırlıqlarına qoşulacaq. Hazırda əlində iltihab yarandığı üçün Folprext məşqlərdən kənarda qalıb.

62 ilin ən yaxşısı: "Qarabağ" "Neftçi"yə yuxarıdan baxır

22 İyun 2017 14:37

UEFA Çempionlar Kuboku və Çempionlar Liqasının 1955-2017-ci illər aralığındakı ən güclü klublarını sıralayıb. Avrokuboklarda iştirak etmiş 500 klubun düşdüyü siyahıda Azərbaycanın 7 komandası yer alıb. Ən yüksək reytinqli klubumuz avrokuboklardakı ən uğurlu təmsilçimiz olan "Qarabağ"dı. 155-ci pillədə qərar tutan ağdamlıları 162-ci yerdə olan "Neftçi" izləyir. Hər iki klubumuz Avropanın bir çox köklü komandasını geridə qoymağı bacarıb.

"Sevilya" pulsuz qoyduğu futbolçunu 9 milyona geri qaytarır

22 İyun 2017 14:15

"İnter"in yarımmüdafiəçisi Ever Baneqa yenidən "Sevilya"nın şərəfini qoruyacaq. 28 yaşlı havbek Əndəlus klubuna 9 milyon avroya başa gələ bilər. Argentinalı futbolçu ötən yay klubu azad agent kimi tərk etmişdi.

Arveladzenin yeni iş yeri məlum oldu

22 İyun 2017 14:12

Özbəkistanın "Paxtakor" klubu yeni baş məşqçisini elan edib. Gürcü mütəxəsis Şota Arveladze Daşkənd klubunun sükanı arxasına keçib.  İyunun 23-də 44 yaşlı mütəxəssisin və komandanın yeni transferi - xorvatiyalı müdafiəçi Marko Simiçin təqdimat mərasimi keçiriləcək. Şota Arveladzenin sonuncu iş yeri İsrailin "Maccabi" komandası olub.

Konfederasiyalar kubokunda 2 oyun keçiriləcək

22 İyun 2017 13:21

Bu gün Konfederasiyalar Kuboku - 2017-də B qrupunda 2-ci turun oyunları keçiriləcək. Əvvəlcə Kamerun Avstraliya millisi ilə üz-üzə gələcək. Günün digər görüşündə isə Almaniya yığması Çili ilə qarşılaşacaq.