"Bakıda yeni imkanlar qazana bilərik" - Maks Ferstappen

"Hələ lap gənc yaşlarımdan Formula 1 yarışlarında uğur qazanmaq mənim arzum idi. Atam da bu idman növü ilə məşğul olub. Bu yarış mənim üçün həyat deməkdir. Burada qalib olmaq mənim ən başçıla məqsədimdir".

"Hələ lap gənc yaşlarımdan Formula 1 yarışlarında uğur qazanmaq mənim arzum idi. Atam da bu idman növü ilə məşğul olub. Bu yarış mənim üçün həyat deməkdir. Burada qalib olmaq mənim ən başçıla məqsədimdir". Bunu Red Bull Racing komandasının Formula 1 yarışları üzrə hollandiyalı pilotu Maks Ferstappen komanda yoldaşı Daniel Rikardo ilə birgə Bakıda Azərbaycan Qran Prisi ərəfəsində keçirilən mətbuat konfransında deyib. O, Bakıdakı yarışla bağlı gözləntilərini belə açıqlayıb: "Bu yeni trasdır. Bakıda yeni imkanlar qazana bilərik. İstəyirik ki, mümkün qədər tez başlayaq və azarkeşləri görək".

Xatırladaq ki, M.Ferstappen 14-16 aprel tarixlərində Bəhreyndə keçirilmiş Qran Pridə podiumda yer tuta bilmiş və 3-cü olmuşdu.

Qeyd edək ki, Formula 1 Yarışları üzrə Azərbaycan Qran Prisi iyunun 23-dən 25-dək Bakıda keçiriləcək.  Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31