"Neymar məni "Barselona"ya dəvət edirdi"

"Real Madrid"in müdafiəçisi Danilo 2015-ci ildə "Barselona"dan da təklif aldığını bildirib. Həmin vaxt "Porto"da çıxış edən müdafiəçi həmyerlisi Neymar tərəfindən katalon klubuna dəvət olunduğunu qeyd edib.

"Son 2 mövsümdə əvvəllər qarşılaşmadığım sınaqlardan və çətinliklərdən keçməli idim. Onları geridə qoymağı bacardım. Neymar məni "Barselona"ya dəvət edirdi. Eyni zamanda qərarıma hörmətlə yanaşdı. O bilir ki, belə məsələlər şəxsi hisslər və emosiyalarla bağlıdır. "Real"dan təklif alanda başqa heç nə düşünmədim". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31